Bakıda həbs olunmuş “Oleq Bakinski” ilə bağlı YENİ XƏBƏR

Ukraynalı kriminal avtoritet Oleq Krapivin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə üzrə apellyasiya şikayəti və protesi verilib.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, cinayət işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 21-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
 

Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il 6 ay şərti cəza verilib. Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.


Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

"Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib. İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər.

Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Argentina millisindən QƏLƏBƏ

Argentina millisindən QƏLƏBƏ

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Bu qidalar botulizm dəhşəti yaşada bilər

Reşford Premyer Liqaya qayıda bilər

Reşford Premyer Liqaya qayıda bilər

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

Məşhurlar retro tərzdə qırmızı xalçada - FOTO

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

ABŞ rəsmiləri Trampın nüvə sınaqları ilə bağlı qərarını dəyişməsinə ÇALIŞIRLAR

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

Ötən ay hansı məhsullar BAHALAŞIB? - VİDEO

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

"Çelsi" 16 yaşlı futbolçu ilə RAZILAŞDI

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

“Korrupsiya qalmaqalına baxmayaraq, Ukraynaya yardım davam etməlidir” - Stoltenberq

Sumqayıtda evdən meyit TAPILDI

Sumqayıtda evdən meyit TAPILDI

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

End of content

No more pages to load

RADİO