Misir Mərdanov Ermənistandakı evinə getdi və bunları gördü…

Keçmiş təhsil naziri Misir Mərdanov Azxəbər.com-a müsahibəsi zamanı diqqətçəkən məqama toxunub. Belə ki, sabiq nazir Paşinyanın onların rayonundan olduğunu bildirib.

Sitat: “Ermənistanın baş naziri Nikol Paşinyan bizim İcevan rayonundandır. Paşinyanın əmisi həmin rayonun ən tanınmış cərrahlarından biri idi və bölgədə yaşayan azərbaycanlıların əməliyyata ehtiyacı olduqda məhz onun yanına gedirdilər”.

Maraqlıdır, Misir Mərdanovun Paşinyanın yaxınları ilə əlaqəsi varmı?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan sabiq təhsil naziri Misir Mərdanov Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ilə hər hansı bir əlaqəsinin olmadığını bildirib.
 

O, Paşinyanın əmisinin rayonda həkim kimi çalışdığını və ehtiyac yarandıqda insanların ona müraciət etdiklərini qeyd edib.


Misir Mərdanov, həmçinin 24 il əvvəl – 2001-ci ildə İrəvana səfəri zamanı doğma evini ziyarət etdiyini də açıqlayıb:

“Evimizin yerini çox gözəl xatırlayıram. 2001-ci ildə Gürcüstana getdim, oradan da Gürcüstan Təhsil Nazirliyinin əməkdaşları ilə birlikdə İrəvana yollandıq.
 

Universitetlərarası regional konfrans keçirilirdi. Həmin vaxt Ermənistan prezidentinə müraciət edərək evimizə getmək üçün şərait yaradılmasını xahiş etdim. Onlar mənim üçün mühafizə təşkil etdilər və doğma evimizi ziyarət etdim”.


M.Mərdanov qeyd edib ki, həmin vaxt evdə yaşlı erməni ər-arvad yaşayırmış:

“Evimizdə yaşlı bir kişi və qadın yaşayırdı. Onlar orada müvəqqəti yaşadıqlarını bilirdilər.
 

Mən ali məktəbə qəbul olduqdan sonra Bakıda qalmalı oldum 1981-ci ildə valideynlərim də Bakıya köçdülər. Gələndə evimizi müvəqqəti olaraq kəndlimizə tapşırmışdılar. Evə gedəndə erməni ailə artıq bilirdi ki, mən evin sahibinin oğluyam”.


Sabiq nazir erməni ailənin onu səmimi şəkildə qarşıladığını da əlavə edib:

“Düzünü desəm, məni çox yaxşı qarşıladılar. Yaşlı ər-arvad idilər. Əvvəlcədən onlara bildirmişdilər ki, evin sahibi gələcək. Onlar bizim üçün süfrə açmışdılar, yemək hazırlamışdılar.

Lakin özümlə yemək apardığıma görə yalnız öz gətirdiyim yeməklə kifayətləndim. Onların hazırladığı yeməklərə toxunmadım”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır?

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır?

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Pezeşkian: “İran ABŞ-la razılaşma əldə edə bilər”

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Səudiyyə Ərəbistanı İraqa NOTA VERDİ

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

Tramp: “İran yenidən danışıqlar masasına qayıdacaq”

End of content

No more pages to load

RADİO