Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO

Sabiq deputat Vahid Əhmədovun Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o bu barədə “MediaTürk TV”də danışıb.

Vahid Əhmədov qeyd edib ki, Nəcməddin Sadıkov vaxtilə Ukraynadan alınan silahlarla bağlı mərhum Prezident Heydər Əliyevə yanlış informasiya verib:
 

“Bizim üçün bu gün əhəmiyyət kəsb edən məsələlərdən biri də Ukrayna ilə bağlıdır. Ukraynanın Azərbaycana münasibəti həmişə yaxşı olub. 1993-cü ildə rəhmətlik Ulu Öndər hakimiyyətdı idi, mən də Baş nazirin birici müaviniydim. Müdafiə ilə bağlı iclas keçirir və burada Ukraynadan silah gətirilməsini müzakirə edirdik. Həmin dövrdə Rusiya bizə silah vermirdi, çətin idi. Müəyyən silahlar çatışmırdı. Onda Ulu Öndər mənə dedi ki, “eşitmişəm sənin Ukraynanın Baş naziri ilə əlaqən yaxşıdır. Oradan təşkil edək, silah gətirək”.


Mən də Ukrayna tərəfinin fikirlərini öyrəndim. Onlar razı olduqlarını, əvəzində pul istəmədiklərini dedilər və bunun müqabilində yanacaq istədilər. Müdafiə nazirinə zəng edib lazım olan silahların siyahısını istədim. Siyahını götürüb ora getdik. 100-ə yaxın silah, tank və başqa - nə vardı daşıdıq gətirdik Azərbaycana. Onlar bizə belə bir kömək etdilər, əvəzində biz də yanacaq verdik.
 

Sonra görün, nə oldu? Deməli, cənab Prezidentin iştirakı ilə gedən iclasda dedilər ki, Ukraynadan gətirilən tanklar bizim ərazidə işləmir. Onda rəhmətlik Ulu Öndər dedi ki, “Vahid müəllim, bu nədir, necə yəni?”. Mən də dedim ki, vallah özləri nə sifariş veriblərsə, onu da gətirmişəm. Nəcməddin Sadıkov da ordaydı, dedi ki, yox biz onları sifariş verməmişik. Bir dəqiqəliyə icazə istədim, getdim məktubu gətirib stolun üstünə qoydum. Dedim, nə sifariş veriblərsə, buradadır. Onda Ümumilli Lider, onlara çox təpindi, dedi, bu nə ayıbdır, utanmırsınız?! Nə sifariş vermisiniz, onu da gətiriblər”.


Xatırladaq ki, Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında - 44 günlük Vətən müharibəsinin gedişi zamanı tutduğu vəzifədən azad edilib.

Nüfuzlu “Middle East Eye” portalında bu gün yayılan məlumata görə, Türkiyənin 44 günlük müharibə zamanı göstərdiyi dəstək çərçivəsində Azərbaycan Ordusunun sıralarındakı Rusiyapərəst elementlər aşkar edilərək sıradan çıxarılıb. Həmin vaxt Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya ordusu 2022-ci illə müqayisədə daha təhlükəli olub

Rusiya ordusu 2022-ci illə müqayisədə daha təhlükəli olub

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Dünya liderlərini heyran qoyan süfrə: Beştəpənin rəsmi şam yeməyində nələr var idi?

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ərdoğan Yunanıstan Baş nazirini “Mehtər marşı” ilə qarşıladı – VİDEO

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

Ağdərədə mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

"250 milyard dollar var, amma xərcləyə bilmirik"

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Çətin günlər bitdi - bu bürclər özünü yenidən xoşbəxt hiss edəcək

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Prezidentlə Baş nazirin liderlik mübahisəsi NATO Zirvəsinədək uzandı - Fotolar

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Ev almaq istəyənlərin NƏZƏRİNƏ – Bu ərazilərdə 20 faiz bahalaşma olacaq

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

Kiyev ballistik raketlərlə vuruldu - Xəsarət alanlar var - VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

DÇ-2026: İsveçrə millisi 1/4 finala vəsiqə qazandı – VİDEO

Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video

Makron əlini öpmək istədi - Əminə Ərdoğan geri çəkildi+Video

Şuşa və Xocavəndə NÖVBƏTİ KÖÇ – FOTO

Şuşa və Xocavəndə NÖVBƏTİ KÖÇ – FOTO

Müharibə yenidən ALOVLANIR – ABŞ İran şəhərlərini bombaladı – VİDEO

Müharibə yenidən ALOVLANIR – ABŞ İran şəhərlərini bombaladı – VİDEO

BİZİM TƏQVİM:8 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:8 iyulda baş vermiş tarixi hadisələr

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Heyvanlarla güclü bağ quran BÜRCLƏR

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu - VİDEO

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Avtomobildəki kənar səslər hansı nasazlıqlardan xəbər verir?

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

Türkiyədə təhsil: qəbul, ödəniş və təqaüdlə bağlı VACİB MƏQAMLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

End of content

No more pages to load

RADİO