Azərbaycanlı kişi dayısını və onun sevgilisini GÜLLƏLƏDİ

Rusiyanın paytaxtı Moskvada müstəntiqlər 1997-ci ildə öz dayısını və onun sevgilisini güllələməkdə şübhəli bilinən azərbaycanlını saxlayıblar. İstintaqın versiyasına görə, cinayətkar qanlı hesablaşmaya köhnə bir “Moskviç” avtomobilinə görə gedib.

Bizim.Media yerli mediaya istinadən xəbər verir ki, ailə daxilində atışma ilə nəticələnən hadisə 1997-ci il noyabrın 10-da Simferopol bulvarındakı mənzildə baş verib. Həmin axşam hazırda 56 yaşı olan hadisə iştirakçısı, “cinayət aləmində müəyyən nüfuza malik” olan dayısının evinə gəlib.

Gənc oğlan qohumundan böyük məbləğdə pul tələb edib, lakin kişi ona imtina cavabı verib.
 

Dayısının sevgilisinin sözlərinə görə, görüşdən əvvəl bacısı oğlu onların satmaq üçün verdiyi “Nissan” markalı xarici avtomobili götürüb, lakin nə maşını, nə də pulu geri qaytarmayıb. Buna görə qadın etibarnamə ilə istifadə etdiyi köhnə “Moskviç-2141” avtomobilinin açarlarını ondan alıb.


Qızğın mübahisə zamanı bacıoğlu səsboğucu ilə təchiz edilmiş TT tapançasını çıxararaq dayısına atəş açmağa başlayıb. Ümumilikdə səkkiz güllə atılıb, onlardan üçü hədəfə dəyib: ikisi bədənə, biri isə üzə. Dayısının sevgilisi köməyə qaçıb, lakin oğlan ondan da pul tələb edib və yenə rədd cavabı alıb. Bundan sonra o, qadına da atəş açıb — güllələr başına və əl biləyinə dəyib.

Başından güllə yarası alan hər iki sevgili sağ qalsa da, heç vaxt tam sağalmayıblar. Üz nahiyəsindən güllə yarası alan kişi 2008-ci ilə qədər yaşayıb.

Qanlı ailədaxili qarşıdurmadan sonra azərbaycanlı Moskvanın cənubundan doğma Azərbaycana qaçıb, bir müddət orada gizlənib və daha sonra yenidən Rusiyanın paytaxt regionuna qayıdıb. Sonralar ona qarşı adam öldürmə, qəsdən ağır bədən xəsarəti yetirmə, həmçinin odlu silahı qanunsuz əldəetmə, saxlama və satma maddələri üzrə məhkəmə işi açılıb. Buna baxmayaraq, 1997-ci ildə ailə cütlüyünə atəş açma işi uzun illər açılmamış qalıb.

Azərbaycanlı 2022-ci ilə qədər digər cinayətlərə görə cəza çəkib, bundan sonra isə, “xüsusi hərbi şirkətlə müqavilə imzalayıb”. Yaxın günlərdə isə o, 28 il əvvəl dayısını və onun həyat yoldaşını güllələmə işi üzrə saxlanılıb. Kişiyə rəsmi ittiham elan edilib və o, etirafedici ifadə verib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Azərbaycanda yaşayan Macarıstan vətəndaşları parlament seçkilərində iştirak ediblər

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

Hakan Fidan pakistanlı həmkarı ilə telefonla DANIŞDI

End of content

No more pages to load

RADİO