Həkim 73 yaşlı qadına “ölürsə, ölsün” deyib? – RƏSMİ AÇIQLAMA

“Qobudakı Ailə Sağlamlıq Xəstəxanasının terapevti 8 gündür yataq xəstəsinə baxmaq üçün çağırışlara cavab vermir. Telefonda məlumat verirlər ki, guya baxılır”

Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya müayinəyə ehtiyacı olduğu deyilən vətəndaş Nəzakət Əliyevanın oğlu Rauf Mirzəyev müraciət edib.

Abşeron rayonu, Qobu qəsəbəsi, Əli Heydərov küçəsi 14-dəki həyət evində yaşayan vətəndaş deyir ki, anası yataq xəstəsidir, yüksək təzyiqi və şəkəri var: “73 yaşlı xəstəmizə baxan yoxdur.

 

Ailə sağlamlıq məntəqəsinin həkimi Könül Ələsgərova bildirir ki, yalnız ödənişli xidmət göstərir. 30 AZN ödəniş etsəm, evə gələrək baxacağını deyir. Mənim xəstəmə hər gün baxılmalı olduğu halda, bu məbləği hər gün ödəməli olmağım tələb olunur. Həkim açıq şəkildə “Mən heç kimdən qorxmuram, gəlib baxmıram, baxmayacağam. Xəstə ölür-ölsün, qalır-qalsın, mənə maraqlı deyil” sözlərini işlədib. Bu barədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoruna da məlumat vermişəm, lakin heç bir tədbir görülməyib”.


Məsələ ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Vətəndaş Rauf Mirzəyev 02.08.2025-ci il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktorunun qəbulunda olub. 04.08.2025-ci il tarixində yaşadığı ünvana edilən ev ziyarəti zamanı qapı açılmadığından pasiyentin müayinəsi mümkün olmayıb.
 

05.08.2025-ci il tarixində vətəndaş təkrar ev şəraitində müayinə edilib və şəkərli diabet xəstəsi olması nəzərə alınaraq ona həkim-endokrinoloqun müayinəsi tövsiyə edilib. Lakin o, tibb müəssisəsinə müraciət etməkdən imtina edib. Bu barədə müvafiq qeyd pasiyentin tibbi kartına daxil edilib.


08.08.2025-ci il tarixində növbəti ev ziyarəti zamanı pasiyent yenidən müayinə olunub və ümumi vəziyyəti qənaətbəxş qiymətləndirilib. Sonuncu müayinədə arterial təzyiqin yüksək olduğu, insulinin vaxtında vurulmadığı müəyyən edilib. Həkim tərəfindən bu hallarla bağlı vətəndaşa zəruri tibbi tövsiyələr verilərək dərman vasitələrinin düzgün saxlanma şəraiti və ümumilikdə diqqət yetirilməli məsələlər barədə ətraflı məlumat verilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

End of content

No more pages to load

RADİO