İş adamı Süleyman Babayev HƏBS EDİLDİ - Milyonlarla...

Azərbaycanda və xaricdə tikinti fəaliyyəti ilə məşğul olan iş adamı Süleyman Qalibiyyət oğlu Babayev həbs edilib.

Bizim.Media xəbər verir ki, "Alke İnşaat Sanayi ve Ticaret Anonim" Şirkətinin Azərbaycan filialının direktoru və qanuni təmsilçisi olan Süleyman Babayev barəsində Cinayət Məcəlləsinin 209.3 və 213.3-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb.
 

İttihama görə, Süleyman Babayev 2017–2020-ci illər ərzində özünün və işçisi Erkan Mehmet Oğuzun adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə vergi orqanına təqdim etdiyi bəyannamələrdə təhrif olunmuş məlumatlar göstərib, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etməyib.


O, təqdim olunan bəyannamələr üzrə ödəniş etməməklə, ümumilikdə 6 794 652,49 manat məbləğində vergi, işsizlik sığortası və məcburi dövlət sosial sığorta haqlarından, həmçinin 783 639,21 manat gömrük ödənişindən yayınmaqda təqsirləndirilir.

Məhkəmədə Süleyman Babayev özünü təqsirli bilmədiyini bildirib. Lakin məhkəmə onun ifadəsini cinayət işinin materialları ilə ziddiyyət təşkil edən, özünü müdafiə məqsədilə uydurulmuş və qeyri-səmimi hesab edib.

Hökmə əsasən, Süleyman Babayev 3 aprel 2023-cü ildən 19 mart 2025-ci ilədək şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlandığı 1 il 11 ay 16 gün cəza müddəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq 5 il 14 gün müddətinə azadlıqdan məhrum edilib. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkiləcək.

Qeyd edək ki, 2023-cü ilin iyul ayına qədər Süleyman Babayev "AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri olub. 2011-ci ildə yaradılmış şirkətin nizamnamə kapitalı 33 014 681 manat təşkil edir və əsas səhmdarı elə Babayevin özüdür. "AKELİK Group” Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filiallara sahib olub və bu ölkələrdə bir sıra tikinti layihələri həyata keçirib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

End of content

No more pages to load

RADİO