Bu ixtisas qrupu üzrə yerlər boldur – Abituriyentlərin qəbul şansı yüksəldi

Bu il I ixtisas qrupu üzrə ixtisas seçimi edən abituriyentlərin qəbul şansı daha yüksəkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Musavat.com-a təhsil eksperti Kamran Əsədov məlumat verib.


Onun sözlərinə görə, I ixtisas qrupu üzrə plan yerlərinin sayı abituriyentlərin sayından çoxdur və bu səbəbdən bir çox boş yerlərin qalacağı gözlənilir.
 

Ekspert bildirib ki, bu vəziyyət xüsusilə Riyaziyyat–Kimya və Riyaziyyat–İnformatika altqruplarında müşahidə olunacaq. Beləliklə, bu altqruplarda keçid ballarında müəyyən enmə proqnozlaşdırılır.


Kamran Əsədov qeyd edib ki, hətta bəzi hallarda bir abituriyentin iki yerə qəbul olmaq ehtimalı da var.

Bu isə o deməkdir ki, ödənişsiz əsaslarla bütün abituriyentlərin qəbul olmaq şansı mövcuddur:

"Bu il I ixtisas qrupu ən uğurlu və perspektivli seçim hesab olunur. II ixtisas qrupu üzrə isə vəziyyət sabit olaraq qalır".

Ekspertin fikrincə, bu qrupa müraciət edən abituriyentlər keçənilki keçid ballarını əsas götürə bilərlər. Bununla belə, Kamran Əsədov tövsiyə edir ki, seçim zamanı abituriyentlər ötən illə müqayisədə ən azı 10 bal aşağıdan başlayaraq seçim etsinlər.

Çünki bu qrup üzrə 5–10 bal arasında artımın olması gözlənilir:

"Ən gərgin rəqabət isə III və V ixtisas qruplarında müşahidə olunacaq. Bu il həmin qruplarda 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu da öz növbəsində keçid ballarının yüksəlməsinə səbəb olacaq".

Kamran Əsədov bildirib ki, pedaqoji ixtisasların plan yerlərində də azalma müşahidə olunur:

"Məsələn, Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə plan yeri bu il 100-dən 60-a endirilib".
 

Ekspert abituriyentləri xəbərdar edir ki, III ixtisas qrupunda müəllimlik ixtisaslarına keçid ballarında ciddi artım olacaq – bu artımın 30–40 bala qədər yüksəlməsi proqnozlaşdırılır.


Tibb ixtisaslarına gəlincə, bu sahəyə maraq da ötən illərlə müqayisədə artıb.

Ekspertin sözlərinə görə, builki nəticələr göstərir ki, 520–540 arası bal toplayan abituriyentlərin həkimlik ixtisaslarına qəbul olmaq ehtimalı azdır. Bu bal intervalında olanlar daha çox fizioterapiya, ictimai səhiyyə və stomatologiya kimi ixtisaslara yönəlməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

İsveçdə saxlanılan gəmi sərbəst buraxıldı

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO

End of content

No more pages to load

RADİO