Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..."

8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.

Sazişin V maddəsində göstərilir:

“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.

Sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistanda səfirliyi açıla bilər.
 

Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.


İrəvana səfir gedəcək şəxsin hansı keyfiyyətlərə malik olması vacib mövcuddur.

Bizim.Media xəbər verir ki, “Modern.az” mövzu ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovla həmsöhbət olub.
 

O bildirib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar:


“Ermənistana səfir təyin ediləcək şəxs yaxşı olardı ki, təcrübəli bir diplomat olsun.

Bu vacib deyil ki, şəxs mütləq diplomat olsun, kənardan da kimisə təyin etmək olar.

Yaxşı olardı ki, səfir erməni dilini bilsin. Dil bilmək çox önəmlidir.

Ümumiyyətlə, erməni xalqının xüsusiyyətlərini başa düşüb, anlamalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında əsas sülh sazişi imzalanandan sonra bir də diplomatik əlaqələri qurmaq haqda sənəd imzalanmalıdır. Diplomatik əlaqələri qurmaq üçün xüsusi sənəd var. Belədə səfiri təyin edə bilməzsən.
 

Gərək həmin sənəd imzalansın. Ondan sonra müzakirə edilə bilər ki, kim səfir olmalıdır, neçə nəfər səfirliyin əməkdaşı olmaldır. Qalanları texniki məsələlərdir”.


Elmar Məmmədyarov özünün İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı sualımıza belə cavab verib:

“Sualın 1 cavabı var: necə məsləhətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Venesuela ilə bağlı qərar verdi – VİDEO

Tramp Venesuela ilə bağlı qərar verdi – VİDEO

Hava KƏSKİN DƏYİŞİR – Leysan, dolu, qar...

Hava KƏSKİN DƏYİŞİR – Leysan, dolu, qar...

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən konsertdə - FOTO

Bu BÜRCLƏRİ yeni imkanlar gözləyir

Bu BÜRCLƏRİ yeni imkanlar gözləyir

Manaf Cəlilzadə Baş Prokurorluğa ÇAĞIRILDI

Manaf Cəlilzadə Baş Prokurorluğa ÇAĞIRILDI

“The Economist” 2026-cı il üçün üz qabığını yayımladı: Dünyanı nə gözləyir?

“The Economist” 2026-cı il üçün üz qabığını yayımladı: Dünyanı nə gözləyir?

Cənubi Koreyada dəhşətli YANĞIN – VİDEO

Cənubi Koreyada dəhşətli YANĞIN – VİDEO

Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?

Qobu sakinlərindən ŞİKAYƏT – Yeni zibil konteynerləri nə vaxt quraşdırılacaq?

Silsilə qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Silsilə qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...

Azərbaycan klubunda rəhbər DƏYİŞİKLİYİ

Azərbaycan klubunda rəhbər DƏYİŞİKLİYİ

Meteohəssas insanların DİQQƏTİNƏ

Meteohəssas insanların DİQQƏTİNƏ

“Yerə zibil atmayın” dedi, hücuma məruz qaldı - ANBAAN VİDEO

“Yerə zibil atmayın” dedi, hücuma məruz qaldı - ANBAAN VİDEO

Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

Qonşusu Könül Kərimovanın pəncərəsini "kartof yağışı"na tutdu

İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”

İlham Əliyev: “Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik”

DÇ-2026: Bu gün keçiriləcək oyunlar

DÇ-2026: Bu gün keçiriləcək oyunlar

Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT

Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT

3 bürcün uğurlu dövrü başladı - Maaşları artacaq

3 bürcün uğurlu dövrü başladı - Maaşları artacaq

Üç və daha artıq uşağı olanlara hansı güzəştlər EDİLƏ BİLƏR?

Üç və daha artıq uşağı olanlara hansı güzəştlər EDİLƏ BİLƏR?

Avtomobili yüksək sürətlə idarə edən sürücülərə XƏBƏRDARLIQ – FOTO

Avtomobili yüksək sürətlə idarə edən sürücülərə XƏBƏRDARLIQ – FOTO

Toral Bayramov millinin heyətindən ÇIXARILDI

Toral Bayramov millinin heyətindən ÇIXARILDI

Suraxanıda ƏMƏLİYYAT – Külli miqdarda narkotik aşkarlandı – VİDEO

Suraxanıda ƏMƏLİYYAT – Külli miqdarda narkotik aşkarlandı – VİDEO

Elman Cəfərov vəfat etdi – FOTO

Elman Cəfərov vəfat etdi – FOTO

Meditasiyanın TƏHLÜKƏLƏRİ – Bu problemlərlə qarşılaşa bilərsiniz!

Meditasiyanın TƏHLÜKƏLƏRİ – Bu problemlərlə qarşılaşa bilərsiniz!

Bu gündən Azərbaycanda istilik mövsümü BAŞLAYIR

Bu gündən Azərbaycanda istilik mövsümü BAŞLAYIR

End of content

No more pages to load

RADİO