“Bizim kitabımızda boşanmaq yoxdur”

Bakıda arvadına illərlə işgəncə verən şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.

İstintaq materiallarına əsasən, Elnur (şərti) 18 ildir nikahda olduğu Ayselə (şərti ) uzun müddət fiziki və psixoloji zorakılıq tətbiq edib. Son 8 ildə bu davranışlar daha da şiddətlənib.
 

Elnur həyat yoldaşını evdə bağlı qapı arxasında saxlayıb, ağzına yastıq basaraq boğmağa cəhd edib. Sonuncu dəfə isə dərzi qayçısı ilə müxtəlif xəsarətlər yetirib.


Ayselin sığınacağa üz tutmasından sonra hər şeyin üstü açılıb. Zərərçəkmiş başına gələnləri müstəntiqə etiraf edib. Şikayət əsasında Elnur cinayət məsuliyyətinə cəlb olunub, hökmə qədər ev dustaqlığında saxlanılıb.
 

Elnur məhkəmədə ittihamları qəbul etməyib. O, arvadının nevrozdan əziyyət çəkdiyini və dəfələrlə ondan özünü öldürməsini istədiyini deyib:


“Aysel son vaxtlar əsəbi olur, məni təxribata çəkirdi. Əsəbi halda onu öldürməyimi tələb edirdi. Onu qapalı otaqda saxlamağım da düz deyil.

Sadəcə qışqır-bağır salıb bizi biabır etməsin deyə balkona çıxmağa qoymamışam.
 

Mən ailəmizin dağılmasını istəmirəm. Məhkəmə Ayselin boşanma iddiasını təmin edib, amma mən qərarın ləğvi üçün apellyasiya vermişəm. Bizim kitabımızda boşanmaq yoxdur.


Ən əsası iki böyük övladımız var”.

Lakin Elnurun dedikləri ekspert rəyi ilə təsdiqlənməyib. Məhkəmə hesab edib ki, o bu iddiaları cəzasını yüngülləşdirmək üçün irəli sürüb.
 

Hakim həmçinin onun tez-tez “bizim kitabımızda boşanmaq yoxdur” ifadəsini işlətməsini də ittihamı gücləndirən hal kimi qiymətləndirib.


Hökmə əsasən, Elnur 2 il 8 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Apellyasiya məhkəməsi isə cəzanı 1 il 8 aya qədər azaldıb. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR?

Macarıstanda səsvermə başa çatdı

Macarıstanda səsvermə başa çatdı

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

ABŞ və İran arasında nəticəsiz qalan danışıqların detalları AÇIQLANDI

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

İstanbuldakı terror aktı ilə bağlı daha bir nəfər TUTULDU

End of content

No more pages to load

RADİO