Viləşçay su anbarının ərazisində qanunsuz ƏMƏLLƏRİN QARŞISI ALINDI – FOTO-VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı “SİRR-M” MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edilib.

Bu barədə Bizim.Media-ya SİMDNX-dən bildirilib.
 

Məlumata görə, araşdlrma zamanı müəyyən olunub ki, MMC tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutulmaqla torpaq və qarışıq suxur qanunsuz olaraq çıxarılıb.


Bildirilir ki, su anbarının balanssaxlayıcısı və istismarçısının razılığı və su fondu torpaqları üzərində tikilmiş Viləşçay su anbarının yatağının bir hissəsinin istifadəyə ayrılması ilə bağlı hər hansı qərarı olmadan “SİRR-M” MMC tərəfindən torpaq sahəsinin özbaşına tutulması və Viləşçay su anbarının daxilindən qanunsuz olaraq qum-çınqıl çıxarılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.
 

Qeyd edilən qanunsuz hərəkətlər Viləşçay su anbarı kimi dövlət əhəmiyyətli hidrotexniki qurğunun istismar qaydalarının pozulmasına gətirib çıxarır, həmçinin qurğunun təhlükəsizliyini risk altına alır.


Bundan əlavə Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.

Göstərilən xüsusatları nəzərə alaraq aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Əhaliyə XƏBƏRDARLIQ - "Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin"

Əhaliyə XƏBƏRDARLIQ - "Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin"

42 yaşlı polkovnik-leytenant vəfat etdi

42 yaşlı polkovnik-leytenant vəfat etdi

Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

Brüsseldən Orbanın məğlubiyyətinə REAKSİYA

Brüsseldən Orbanın məğlubiyyətinə REAKSİYA

Qubaya və Qusara yenidən qar yağdı - FOTO

Qubaya və Qusara yenidən qar yağdı - FOTO

7 illik CƏHƏNNƏM bitdi - 2 BÜRC üçün qızıl dövr BAŞLADI

7 illik CƏHƏNNƏM bitdi - 2 BÜRC üçün qızıl dövr BAŞLADI

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirildi – SİYAHI

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirildi – SİYAHI

Azərbaycanın bəzi rayonlarına qar yağıb

Azərbaycanın bəzi rayonlarına qar yağıb

Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir

Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir

Tramp Roma Papasını tənqid etdi

Tramp Roma Papasını tənqid etdi

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

Xəzərdə növbəti ZƏLZƏLƏ

Xəzərdə növbəti ZƏLZƏLƏ

Masallının tanınmış həkimi vəfat etdi

Masallının tanınmış həkimi vəfat etdi

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

End of content

No more pages to load

RADİO