XƏBƏRDARLIQ – Axşam saatlarında bu heyvanlardan uzaq durun!

Son günlərdə ölkənin bir neçə rayonunda qeydə alınan çaqqal hücumları əhalinin ciddi narahatlığına səbəb olub. Yırtıcı olsalar da, adətən insanlardan hürkən bu heyvanlar əvvəllər dağlıq, meşəlik, çöllük ərazilərdə müşahidə olunurdusa, indi kəndlərdə görünməyə başlayıblar. İlk olaraq havaların həddən artıq isti keçməsi, qida, su  çatışmazlığı ağla gəlsə də səbəb əslində bu deyilmiş.

Mütəxəssis qənaətinə görə çaqqallar insanların deyil, əksinə insanlar onların ərazilərinə müdaxilə edirlər.

Zooloq Təvəkkül İsgəndərov Bizim.Media-ya bildirib ki, son günlərdə çaqqalların insanlara hücumlarının artmasının əsas səbəbi, insanların onların ərazisində məskunlaşmasıdır.

Ona görə də bu yırtıcılar rastlaşdıqları ilk adamlara qəzəblərini dişləməklə göstərirlər.
 

“Çaqqallar pusqu qurub insanları güdmür, onlara hücum çəkmirlər, sadəcə təhlükə hiss edəndə fəallaşırlar. Adətən dağlıq ərazilərdə, meşə kənarında, kolluq ərazilərdə, mağaralarda, ağac koğuşlarında, ən ağlasığmaz yerlərdə yaşayırlar.


Bəzən özləri də dərin yuva qazıb orada gizlənirlər. Yalnız axşam, xüsusilə alatoranlıqda qidalanma və nəsil vermək üçün çölə çıxırlar.
 

Çaqqal hər nə qədər yırtıcı heyvan olsa da, digərləri ilə müqayisədə dincdir, amma qəzəbə qarşı qəzəblə də cavab verir. Başqa sözlə desək, çaqqal əslində hücum etmir, müdafiə olunur”, - deyə o vurğulayıb.


Mütəxəssis diqqətə çatdırır ki, insan çaqqallar üçün yem olaraq və ya təmas kimi maraqlı deyil.

Hətta insandan mümkün qədər uzaq gəzərlər.
 

Sadəcə son vaxtlar insanlar bilərəkdən ya bilməyərəkdən çaqqalların məskən saldığı yerlərə yaxın ev tikir, təsərrüfat qurur və ya gəzintiyə çıxırlar:


“Yenə də hücum çəkəcək qədər aqressiv olmurlar, ta ki bala verənə qədər.

Bu mövsüm də balalama vaxtı olduğu üçün dişi çaqqallar insanlara və heyvanlara qarşı marıqda olurlar, təhlükəyə qarşı həssaslıqları daha da artır”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Roma Papasını tənqid etdi

Tramp Roma Papasını tənqid etdi

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

Xəzərdə növbəti ZƏLZƏLƏ

Xəzərdə növbəti ZƏLZƏLƏ

Masallının tanınmış həkimi vəfat etdi

Masallının tanınmış həkimi vəfat etdi

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Macarıstanda 16 illik Orban hakimiyyəti sona çatır? - VİDEO

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

Netanyahu "Mossad"a yeni rəhbər təyin etdi

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

"Dəniz" obrazının kimliyi bəlli oldu - VİDEO

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Orban rəqib “Tisza” partiyasını qələbə münasibətilə TƏBRİK ETDİ - VİDEO

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

Orban Macarıstanda seçkidə UDUZUR - Müxalifət fərqi artırır - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

SEPAH: İstənilən yanlış addım düşməni Hörmüz boğazında ölümə aparacaq - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənilib - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

End of content

No more pages to load

RADİO