“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı

Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “Sıfır Tullantı” Həmrəylik Marafonu bu dəfə Lənkəranda baş tutub. Layihə 12 avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Gününə həsr edilib.
 

Aksiya çərçivəsində Xəzər dənizinin sahil zolağında genişmiqyaslı təmizlik işləri aparılıb və ümumilikdə 768 kiloqram məişət tullantısı toplanılaraq aidiyyatı üzrə təhvil verilib.


Aksiyaya Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonunu əhatə edən filiallarının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və könüllülər qoşulub.

Marafonun əsas məqsədi cəmiyyətdə ətraf mühitin qorunmasının vacibliyini təbliğ etmək, həmçinin sahilyanı bölgələrin ekoloji vəziyyətinə diqqət çəkməkdir.
 

Tədbir zamanı açılış nitqi ilə çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki Xəzər dənizi xalqımızın ən dəyərli təbii sərvətlərindən biridir və onun qorunması hər birimizin mənəvi borcudur.



“Sıfır Tullantı Həmrəylik Marafonu yalnız təmizlik aksiyası olmaqla məhdudlaşmır.

Bu layihə cəmiyyətdə ekoloji məsuliyyət və təbiətə qayğı mədəniyyətinin formalaşmasına xidmət edən genişmiqyaslı ictimai hərəkatdır. Məqsədimiz təbiətə sahib çıxmaq və gələcək nəsillərə daha sağlam ekoloji mühit bəxş etməkdir”.

Ətraflı məlumat: //shorturl.at/9K9p2

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.
 

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.


Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Yeni məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Əhaliyə XƏBƏRDARLIQ - "Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin"

Əhaliyə XƏBƏRDARLIQ - "Partlayış səsləri eşidiləcək, təşvişə düşməyin"

42 yaşlı polkovnik-leytenant vəfat etdi

42 yaşlı polkovnik-leytenant vəfat etdi

Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

Macarıstandakı seçkilərdə SON NƏTİCƏLƏR – Hansı partiya neçə mandat qazandı? – FOTO

Brüsseldən Orbanın məğlubiyyətinə REAKSİYA

Brüsseldən Orbanın məğlubiyyətinə REAKSİYA

Qubaya və Qusara yenidən qar yağdı - FOTO

Qubaya və Qusara yenidən qar yağdı - FOTO

7 illik CƏHƏNNƏM bitdi - 2 BÜRC üçün qızıl dövr BAŞLADI

7 illik CƏHƏNNƏM bitdi - 2 BÜRC üçün qızıl dövr BAŞLADI

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirildi – SİYAHI

Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirildi – SİYAHI

Azərbaycanın bəzi rayonlarına qar yağıb

Azərbaycanın bəzi rayonlarına qar yağıb

Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir

Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir

Tramp Roma Papasını tənqid etdi

Tramp Roma Papasını tənqid etdi

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

KİV: ABŞ-İran danışıqlarının ikinci raundu baş tutacaq

Xəzərdə növbəti ZƏLZƏLƏ

Xəzərdə növbəti ZƏLZƏLƏ

Masallının tanınmış həkimi vəfat etdi

Masallının tanınmış həkimi vəfat etdi

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Yalı çapkını" serialının aktrisası saxlanıldı

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

"Mançester Siti" "Çelsi"ni məğlub etdi - VİDEO

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

Başqırdıstan rəhbərinin qardaşı yol qəzasında həlak oldu

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

ABŞ kəşfiyyatı Pekinin gizli planlarını ortaya çıxardı - VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

Xanım İsmayılqızının yubiley gecəsindən FOTO-VİDEO

“Qalatasaray”da itki

“Qalatasaray”da itki

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə etdi

Mbappe zədəsinə görə məşqi buraxdı

Mbappe zədəsinə görə məşqi buraxdı

End of content

No more pages to load

RADİO