Bakıda siqaret qohumları düşmən etdi: qaynını öldürdü, oğlunu döydü

2023-cü il dekabrın 3-də Bakının Nizami rayonu ərazisində qətl hadisəsi olur.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları əraziyə yollanır.

Məlum olub ki, hadisə Qara Qarayev prospekti, 49 ünvanında baş verib. Baxışda iştirak edən Süleyman Zamanov Həsən Həsrətovun atasına bıçaqla zərbələr vurduğu yeri göstərib.

Səhər saatlarında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Həsən Həsrətov Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gələrək, qaynı Rasim Zamanovu qətlə yetirdiyini etiraf edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1979-cu il təvəllüdlü Rasim Zamanovun bədənində 7 ədəd bıçaq yarası aşkar edilib.

Bizim.Media lent.az-a istinadən qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 2-i saat 21 radələrində yaranmış mübahisə zamanı Həsən Həsrətov qaynı Rasim Zamanovun övladı Süleymanın üzünə sillə vurub.
 

Süleyman atası Rasim Zamanova telefonla zəng edib, bu barədə məlumat verdikdən sonra, Rasim məsələyə aydınlıq gətirmək məqsədilə bir saatdan sonra Qara Qarayev prospektindəki 47 nömrəli evin qarşısına gəlib. Həsən Həsrətov evdən çıxarkən cibinə bıçaq qoyub.


O, binanın həyətinə düşərək, 103 saylı uşaq bağçasının qarşısında Rasim Zamanovu görüb. Burada Rasim Həsənin yaxasından tutub, yerə yıxaraq ona təpiklə zərbələr vurub.
 

Bundan hiddətlənən Həsən bıçağı cibindən çıxarıb, qayının döş qəfəsinə, habelə bədəninin digər nahiyələrinə davamlı olaraq, var gücü ilə çoxsaylı zərbələr endirib və hadisə yerini tərk edib. Rasim Zamanov məhəllə sakinlərinin köməyi ilə Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


İş üzrə dindirilmiş Həsən Həsrətov bildirib ki, Nərimanov rayonundakı evini sataraq müvəqqəti olaraq qayınatası Fəxrəddin Zamanova məxsus Q.Qarayev prospekti, ev 47, mənzil 143-də arvadı və bir azyaşlı uşağı ilə qalıb. Qaynatasının evi 4 otaqdan ibarətdir:
 

"Bir otaqda mən ailəmlə, digər otaqda isə qaynım Rasim Zamanovun oğlu Süleyman yaşayırdı.Orta məktəb şagirdi olan Süleyman atası ilə problemləri olduğundan babasıgildə qalırdı.


Mən və qayınatam eyvanda siqaret çəkmək üçün Süleymanın otağından keçib gedirdik.

Bu isə Süleymanda qıcıq yaradırdı, bir neçə dəfə mənə otağına girməməyimi demişdi.
 

Həm bu səbəbdən, həm də zibil qabını çölə qayınatam apardığına görə Süleymanı bununla bağlı tənbəh etdim. Cavab qaytardığı üçün dekabrın 2-də onu öz otağında döydüm.


Həmin gün başqa ünvana köçüb yaşamağımı qərarlaşdırdım".
 

Həsən Həsrətovun sözlərinə görə, bundan sonra axşam Süleymanın atası Rasim evə gələrək, söhbət etmək üçün onu küçəyə çağırıb. O başa düşüb ki, döyüldüyü üçün Süleyman atasına şikayət edib:


"Bu vaxta qədər Rasimlə münasibətim yaxşı idi, aramızda ədavət olmamışdı.

Süleyman da mənimlə birlikdə evdən çıxdı. Özümü müdafiə etməkdən ötrü mətbəx bıçağını cibimə qoydum. Binanın qarşısında dayanan Rasimə və oğluna dedim ki, uşaq bağçasının qarşısına keçsinlər. Əsəbiləşib Süleymana "niyə atasına şikayət etdiyini" bildirdim və üzünə sillə vurdum. Qaynımla əlbəyaxa olduq. Rasim məni yerə yıxıb ayağı ilə zərbələr endirdi.
 

Özümdən kənarlaşdırmaqdan ötrü cibimdəki bıçağı çıxarıb, mütəlif nahiyələrinə xəsarətlər yetirdim. Zərbələrin sayını xatırlamıram. Davamıza Süleyman və yoldan keçən digər şahidlər müdaxilə etmədi, dayanıb kənardan baxırdılar.


Bıçaqla zərbələr vurandan sonra Rasim məndən aralandı. Mən də ayağa qalxaraq, hadisə yerindən uzaqlaşdım. Nərimanov rayonu, Həsən Əliyev küçəs,i 256 ünvanında qohumum Əkbər Məmmədovla görüşdüm. Orada bıçağı sındıraraq, zibil qabına atdım. Sonra polis əməkdaşlarına həmin yeri göstərəndə, alətin tiyəsi tapıldı, dəstəyi isə yox".
 

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Fəxrəddin Zamanov bildirib ki, kürəkəni Həsən Həsrətov Nizami rayonunda aldığı mənzili kirayə verdiyi üçün ailəsi ilə onun evində yaşayıb:


"Eyni zamanda nəvəm Süleyman dini baxşılara görə atası ilə münasibəti pozulduğu üçün evimdə qalırdı. Həsən mütəmmadi siqaret çəkmək üçün Süleymanın otağından keçdiyindən, uşağı narahat edirdi.
 

Dekabrın 2-də Süleyman nənəsinə yaxınlaşıb ondan xahiş etdi ki, Həsənə desin ki, otağına az keçsin. Bunu eşidən Həsən əsəbi halda Süleymanın arxasınca otağına daxil olub və onu döyməyə başlayıb.


Uşağın qışqırıq səsinə otağa girib onları ayırdıq və Həsəndən çıxıb getməsini tələb etdim.

Bir qədər sonra oğlum Rasim gələrək Həsəni küçəyə çağırdı. Sonra nəvəm mənə zəng edərək atasının xəstəxanada olmasını xəbər verdi. Sabunçu xəstəxanasına çatanda, oğlumun öldüyünü bildim. Polis əməkdaşları mənə məlumat verdilər ki, cinayəti kürəkənim Həsən Həsrətov törədib".
 

Şahid Süleyman Zamanov bildirib ki, Həsən Həsrətov onun bibisinin əri, mərhum Rasim Zamanov isə atası olub:


"Mənim otağımdan başqa, bibimə aid otağın və mətbəxdən də eyvana çıxış vardı.

Buna baxmayaraq, Həsən Həsrətov gün ərzində bir neçə dəfə mənim otağımdan eyvana keçib siqaret çəkirdi. Hər dəfə məni narahat edirdi, dərslərimi hazırlamağa maneçilik törədirdi.
 

Bu səbəbdən hadisə günü nənəmə şikayət etdim ki, babamla bibimin əri mənim otağımdan eyvana keçməsinlər. Həmin gün atama zəng edərək Həsən tərəfindən döyüldüyümü və gəlib məni aparmasını dedim.


Təxminən 15 dəqiqədən sonra atam gələrək, Həsəndən aşağı düşməsini tələb etdi.

Mən atamla birlikdə həyətə düşüb Həsəni gözlədik. Həsən gələrək, atamın yanında yenə məni vurdu. Sonra atamla Həsən əlbəyaxa oldular, ikisi də yerə yıxıldı.

Səs-küyə gələn 2 nəfər onları ayırmağa çalışdılar, ancaq bu mümkün olmadı. Bundan sonra Həsən ayağa qalxıb ordan uzaqlaşdı, atam isə yerdə qalmışdı. Hadisə 2 dəqiqə ərzində baş verdi.
 

Atamı Rasim Nuriyevə məxsus "Range Rover" markalı avtomobilə yerləşdirib, 6 saylı Təcili Tibbi Yardım Stansiyasına apardılar. Sinəsindən və ayağından qan axırdı.


Tibbi Yardım stansiyasından da onu xəstəxanaya göndərdilər. Yolda hələ sağ idi. Bizə "polislər soruşsalar deyərsiz bilmirəm kim vurub" dedi. Xəstəxanaya çatanda artıq atamın nəfəsi kəsildi.
 

Gözlərim "-4" dərəcə görmə qabiliyyətində olduğundan Həsənin atamı bıçaqla vurmasını görmədim. Çünki Həsən sillə vuranda, gözlərimdəki eynək sınıb yerə düşmüşdü.


Dava zamanı atam qışqırdığına görə hiss etdim ki, Həsən ona hansısa alətlə xəsarətlər yetirib".

Məhkəmə iclasında Həsən Həsrətov ittiham üzrə özünü qismən təqsirli bilib.
 

Bildirib ki, əməlindən peşmandır. Rasim Zamanovu öldürmək niyyəti olmayıb, özünü qorumaqdan ötrü bıçaqla zərbələr vurub ki, zərərçəkmiş ondan əl çəksin.


Məhkəmənin qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınan Gülxanım Zamanova bildirib ki, təqsirləndirilən şəxsi bağışlamır. Ona ən ağır cəza təyin edilməsini xahiş edib.
 

Məhkəmə nəzərə alıb ki, Həsən Həsrətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır cinayət hesab olunur.


Həsrətovun, həmin cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilib. O həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Həsrətov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan-Fransa matçına nə qədər bilet SATILIB?

Azərbaycan-Fransa matçına nə qədər bilet SATILIB?

Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş

Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş

Zəfəranın möcüzəvi təsiri ÜZƏ ÇIXDI

Zəfəranın möcüzəvi təsiri ÜZƏ ÇIXDI

Mirziyoyev İlham Əliyevi belə qarşıladı – VİDEO

Mirziyoyev İlham Əliyevi belə qarşıladı – VİDEO

Abituriyentlərin NƏZƏRİNƏ! Bu ixtisaslarda keçid balı arta bilər

Abituriyentlərin NƏZƏRİNƏ! Bu ixtisaslarda keçid balı arta bilər

Yaşar Nurinin qızının ölüm səbəbi MƏLUM OLDU

Yaşar Nurinin qızının ölüm səbəbi MƏLUM OLDU

Hikmət Hacıyev Türkmənistanın səfiri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Türkmənistanın səfiri ilə GÖRÜŞDÜ

Murad Quliyev də Baş Prokurorluğa ÇAĞIRILDI

Murad Quliyev də Baş Prokurorluğa ÇAĞIRILDI

İlham Əliyev və Şavkat Mirziyoyev arasında təkbətək görüş – FOTO

İlham Əliyev və Şavkat Mirziyoyev arasında təkbətək görüş – FOTO

Rəsmilər konsertdə - FOTO

Rəsmilər konsertdə - FOTO

Milli Qəhrəmanın atası dünyasını dəyişdi – FOTO

Milli Qəhrəmanın atası dünyasını dəyişdi – FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Azyaşlını maşınla vurub heç nə olmamış kimi yoluna davam etdi - VİDEO

Azyaşlını maşınla vurub heç nə olmamış kimi yoluna davam etdi - VİDEO

Yaşar Nurinin qızı vəfat etdi – FOTO/VİDEO

Yaşar Nurinin qızı vəfat etdi – FOTO/VİDEO

Tehranda avtobus sürücüsü sərnişinlərə bıçaq çəkdi – ANBAAN VİDEO

Tehranda avtobus sürücüsü sərnişinlərə bıçaq çəkdi – ANBAAN VİDEO

Rumıniyadan Ukraynadakı səfirliyimizə hücuma REAKSİYA

Rumıniyadan Ukraynadakı səfirliyimizə hücuma REAKSİYA

İlham Əliyev Özbəkistanda səfərdədir - FOTO

İlham Əliyev Özbəkistanda səfərdədir - FOTO

Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü - FOTO/VİDEO

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

“Qalatasaray” İkardi ilə bağlı QƏRAR VERDİ

Türkiyədə zəlzələ BAŞ VERDİ

Türkiyədə zəlzələ BAŞ VERDİ

Heidi Klum yenə hər kəsi heyran buraxdı – FOTO

Heidi Klum yenə hər kəsi heyran buraxdı – FOTO

Dominqo “Küçələrə su səpmişəm” oxudu – VİDEO

Dominqo “Küçələrə su səpmişəm” oxudu – VİDEO

Müharibə hazırlıqları SÜRƏTLƏNİR – Rusiya və Avropa savaşın BİR ADDIMLIĞINDA

Müharibə hazırlıqları SÜRƏTLƏNİR – Rusiya və Avropa savaşın BİR ADDIMLIĞINDA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO