“Qeybət etmək, ölmüş qardaşının ətini yemək kimidir” - İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA

Mütəxəssislər son illərdə qeybətin psixoloji sağlamlıq baxımından bəzi müsbət təsirləri olduğunu vurğulayırlar. Onların fikrincə, qeybət insanın daxili gərginliyini azaltmaq, stressdən qısa müddət üçün azad olmaq kimi təsir göstərə bilər. Hətta bəzi psixoloqlar, qəzəbin və mənfi emosiyaların danışmaq yolu ilə azaldılmasının sağlamlıq üçün faydalı olduğunu qeyd edirlər. Lakin bu yanaşma təkcə psixoloji aspektə əsaslanır və sosial-mənəvi təsirləri nəzərə almır.

Bəs islamda qeybət edənlərə münasibət necədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, qeybət etmək Quranda kəskin şəkildə qınanır və haram sayılır:

“Qeybət psixoloji baxımdan insanın bir anlıq rahatlama hissi yaşamasına səbəb ola bilər. Lakin bunun doğurduğu mənfi nəticələr insanı ömür boyu ağır psixoloji və sosial problemlərlə üz-üzə qoyur. Quranda qeybət edən şəxsin, ölmüş qardaşının ətini yeməsi kimi təsvir olunması bunun nə qədər böyük günah olduğunu göstərir, - deyə o bildirib.

İlahiyyatçı əlavə edib ki, qeybət, söyüş, təhqir və iftira cəmiyyətin mənəvi dəyərlərini pozur, sosial ahəngi dağıdır, nifrət və düşmənçilik kimi neqativ hallara zəmin yaradır:

“Psixoloqlar bəzən qeybətin və hətta söyüşün insanın daxili gərginliyini azaldaraq faydalı olduğunu deyirlər. Ancaq bu yalnız psixoloji aspektdir. Sosial və dini baxımdan bu kimi davranışlar qəbuledilməzdir, hüquqi məsuliyyətə səbəb ola bilər”.

Tural İrfan vurğulayıb ki, dinimizdə qeybət etməklə bərabər, onun qulağına gedilməsi də eyni dərəcədə günah sayılır.

Onun sözlərinə görə, insan yalnız öz sağlamlığını düşünərək başqalarına zərər verə bilməz:

“Peyğəmbərimizin hədislərində ən güclü insanın döyüşdə qalib gələn yox, qəzəbini boğan şəxs olduğu qeyd edilir. Tibb isə qəzəbin boğulmasının orqanlara ziyan vurduğunu bildirir. Lakin din və cəmiyyətin nizamı şəxsi sağlamlıqdan üstün tutulur. Əgər hər kəs yalnız özünü düşünərək hərəkət edərsə, sosial münasibətlər və mənəvi bağlar zədələnər.”

İlahiyyatçı, insanları qeybət etmək yerinə, problem yaşadıqları şəxslə üzbəüz danışmağa çağırıb:

“Əgər kiməsə qarşı narahatlıq varsa, onunla açıq danışmaq və münasibətləri düzəltmək daha məqsədəuyğundur”, - deyə Tural İrfan şiddətlə tövsiyə edib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DSX Akademiyasının kursantı vəfat etdi – FOTO

DSX Akademiyasının kursantı vəfat etdi – FOTO

Alim Qasımovun nəvəsinin həyat yoldaşına sürprizi MÜZAKİRƏ OLUNDU - VİDEO

Alim Qasımovun nəvəsinin həyat yoldaşına sürprizi MÜZAKİRƏ OLUNDU - VİDEO

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Dörd avtomobil və avtobus TOQQUŞDU - FOTO

Sumqayıtda ZƏNCİRVARİ QƏZA: Dörd avtomobil və avtobus TOQQUŞDU - FOTO

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

Vaşinqton və Tehran arasında növbəti görüş nə zaman olacaq?

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda orta illik inflyasiya AÇIQLANDI

Roma Papası Trampa CAVAB VERDİ: “Ondan qorxmuram”

Roma Papası Trampa CAVAB VERDİ: “Ondan qorxmuram”

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – SƏRƏNCAM

Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – SƏRƏNCAM

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Uzak şehir"dən gedir - Foto

"Uzak şehir"dən gedir - Foto

Bulvarda gülləri əzənlər polisə çağırıldı – VİDEO

Bulvarda gülləri əzənlər polisə çağırıldı – VİDEO

Həftəsonu onlar üçün qəbul imtahanı KEÇİRİLƏCƏK

Həftəsonu onlar üçün qəbul imtahanı KEÇİRİLƏCƏK

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İranla bağlı şok statistika: Ötən il 2 minə yaxın insan edam edilib

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? – ÖZƏL

İnternat məktəbində OLAY – Direktor yıxılıb xəsarət almış şagirdi niyə xəstəxanaya QOYMADI? ÖZƏL

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Nəriman oynamadı, komandası xal itirdi – VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Ağsuda oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

Blinken: “Tramp özünü elə bir küncə salıb ki, oradan çıxmaq...”

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

İsrail ordusu “Hizbullah”ın yeraltı tunelini məhv etdi – ANBAAN VİDEO

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Veteran pulu ilə bağlı yeni XƏBƏR

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Dəhşətli qəzada ölənlərin kimliyi bilindi – VİDEO

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Keçmiş sədrdən xələfinə - Tövsiyələr

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

Kart ödənişlərində komissiyalara limit qoyuldu – QƏRAR

End of content

No more pages to load

RADİO