Arıqlamağınıza imkan verməyən VƏRDİŞLƏRİNİZ

Bir çox insan pəhriz saxlamasına və idman etməsinə baxmayaraq arıqlamaqda çətinlik çəkir. Bunun əsas səbəblərindən biri gündəlik həyatda formalaşmış və fərqinə varılmayan zərərli vərdişlərdir.

Bizim.Media xəbər verir ki, ən çox rast gəlinən amillərdən biri səhər yeməyini buraxmaqdır.

Orqanizm günün əvvəlində aldığı qida ilə maddələr mübadiləsini aktivləşdirir.
 

Səhər yeməyinin olmaması isə bədənin enerji ehtiyatını qoruma rejiminə keçməsinə və yağ yandırma prosesinin zəifləməsinə səbəb olur.


Şəkər və ağ un məhsullarının tez-tez qəbulu da arıqlamağa mane olur.
 

Bu məhsullar qan şəkərini sürətlə yüksəldir, daha sonra kəskin şəkildə aşağı salır ki, bu da acgözlük hissi yaradır və həddindən artıq yeməyə gətirib çıxarır.


Həmçinin, qazlı və şəkərli içkilərin gündəlik rasionda olması çəkinin artmasına səbəb olur.

Gec saatlarda, xüsusən də yatmazdan 2-3 saat əvvəl yemək bədənə artıq kalori yığır.

Bu zaman maddələr mübadiləsi yavaşladığı üçün qəbul edilən qida birbaşa yağ ehtiyatı kimi depolanır.
 

Yetərsiz su qəbulu da mühüm amildir. Su çatışmazlığı maddələr mübadiləsini zəiflədir, toksinlərin orqanizmdən xaric olmasını ləngidir və iştahı artırır.


Kifayət qədər yuxu almamaq hormon balansını pozur. Yuxusuzluq zamanı iştah artırıcı "qlrelin" hormonu yüksəlir, toxluq hissi yaradan "leptin" isə azalır.
 

Hərəkətsiz həyat tərzi də arıqlama prosesini əngəlləyir. Gün ərzində uzun müddət oturaq vəziyyətdə qalmaq, lift və ya avtomobil kimi rahat vasitələrdən istifadə, gündəlik yandırılan kalori miqdarını minimuma endirir.


Stress isə kortizol hormonunun artmasına gətirib çıxarır ki, bu da qarın nahiyəsində yağ toplanmasını sürətləndirir.

Qeyd edək ki, sağlam şəkildə arıqlamaq üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik, kifayət qədər yuxu və stressin idarə olunması əsas şərtlər sayılır. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

KİV: İran Hörmüz boğazına yaxınlaşmağa çalışan ABŞ gəmisini məhv etdi – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Macarıstanın yeni liderindən Ukraynaya 90 milyard yardım ayrılması ilə bağlı AÇIQLAMA – VİDEO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

End of content

No more pages to load

RADİO