“Mən də fotolarımla qisasımı alıram”– QARABAĞIN GÖZ ŞAHİDİ 

Ona müharibə dərdlərini, savaşı, barışı, intiqamları özü ilə gəzdirən adam deyərdim. Qarabağ savaşlarının hər “üzünü görüb”. Qismətdə onun  kadrında Qarabağ savaşının zəfərini əbidləşdirmək də varmış.

II Qarabağ savaşından yenicə Bakıya dönən Rza Deqati ilə həmsöhbətik.

- Bu səfərinizdə Qarabağı necə gördünüz?

- Ağ və qara, sevinc və kədər, toy və hüzr necə müqayisə olunursa, 1992-ci ildə olan Qarabağla, indiki Qarabağ arasında fərqi elə gördüm. Torpaq olaraq Qarabağı şad, sevincək gördüm.

- Erməni vandalizminin şəkli necədir?

-Dağlımış qəbirlər, yannmış uçulmuş evlər, tarixi silinmiş məscidlər, məqbərələr. Əsas da Füzuli, Cəbrayıl, Qubadlı yolu ilə gedəndə bir ev görmədim ki,  dağıdılmamış olsun. Füzuli Qubadlı yolunda iki məscid var idi. Birində donuz, digərində isə  mal-qara saxlayıblar. Ermənin obrazını çəksən, dünyanın ən eybəcər portreti alınır.

- Qarabağ savaşlarında hansı kadr gözünüzün önündən getmir?

Biraz Düşünür.. Sanki, olub bitmişləri göz-önünə gətirir.

- 1992-ci il fevral ayı idi Xocalıdan hamı  ayağı yalın, başı açıq Ağdama qaçmışdı. Kimi ölüsünü, kimi dirisini axtarırdı. Mən də milli qəhrəman Allahverdi Bağırovla bir yerdə idim. Hara gedirdisə, ora gedirdim. Bir qadın  qollarını açıb üstümə elə qaçdı:

“Gəl, tapdım, tapdım balamı” –dedi. Ananın meyidini belə tapdığı balasına bu qədər də sevindiyini heç yerdə görməmişdim. Bu böyük DƏRD idi, sevinclə kədərin sintezi... Ermənilər insanların gözlərini çay qaşığı ilə diri-diri çıxardıb, sonra öldürmüşdülər. O ananın da oğluna elə işgəncəni vermişdilər.

Deyəsən boğazı qəhərlənir... Çayından bir qurtum alıb söhbətimizə qayıdır.

- Ən son gördüyüm kadrlardan biri isə əsrilərin dəyişilməsi  idi. Allahverdi Bağırovla getdim. Bizimkilər erməni, onlarda  azərbaycanlı əsirləri gətirdilər. Bizim əsirlər çox pis bir gündə idi. Yeriyə bilməyən kim, halsız olub yıxlan kim... 
Bizmkilər isə erməniləri bəy balası kimi saxlamaışdılar. Həmin anı çəkdim və dünyaya göstərdim ki, fərqə baxsınlar.

Mən çəkilən bütün şəkilləri Qarabağla bağlı hərbi cinayət işi açılanda dəlil kimi hamısını təqdim edəcəm.



- Sizin yaradıcılığınızda qaçqın həyatı, müharibə mövzularına geniş yer verilir. Qarabağ savaşı ilə digər yerlərdə gördüyünüz müharibəni necə fərqləndirirsiniz?

- 1990-cı illərdə olan Qarabağ savaşında hərbi güc yox idi. Bir də əsgərlər təlimatlı deyildilər. Onda Ermənistan ordusu güclü idi. Onlara Rusiya və İran köməklik edirdi. İran əsgərləri bilirsiz neynirdilər? Azərbaycan ordusuna kömək adı ilə yaxınlaşıb bizim sirləri onlara ötürürdülər. Bu faktı mənə erməni əsilli Fransanın  keçmiş səfiri danışırdı. Deyirdi ki, iranlılar ermənilərə, qaz, neft, yemək köməkləri ediblər. İndiki Qarabağ savaşında isə hər şey əksinə idi. Azərbaycan ordusunda gücü ilə yanaşı əsgərində ruh yüksəkliyi, cəsarət, inamı gördüm.

- Gələcəkdə Qarabağla bağı hansısa beynəlxalq foto-sərgi planlaşdırırsınızmı?

- Fərdi sərgilərimdə həmişə Qarabağda çəkdiyim fotolara yer vermişəm. Beynəlxaq sərgi üçün II Qarabağ savaşının fotolarını da yığıb  bir sərgi təşkil edəcəm.

- Siz Qarabağ həqiqətlərini illərdir dünyada yayırsız, çəkdiyiniz şəkillərə Fransada və başqa ölkələrdə reaksiyalar necədir? Erməni toplumu bunu necə qarşılayır, Sizə hansısa təzyiqlər olurmu?

- Həmişə mane olublar, indi də olurlar. Sən güclü olanda artıq sənə təyziq edə bilmirlər. Bütün sərgilərimdə Azərbaycan, Qarabağ adı çəkmişəm. Ermənilər gəlib şəkillərimi cırıblar, hay - küy salıblar. Cırdıqları şəkilləri, olduğu kimi saxlayıb, nümayiş etdimişəm. Qoy dünya sərgidə belə vəhşiliklər edən millətin Qarabağda nələr etdiyini təsvir etsinlər. Həm informasiya meydanında, həm də hərbi cəbhədə döyüşürəm. Məsuliyyətim iki qat artıqdır. Həmişə özümə deyirəm ki, çəkdiyim  fotolarla elə informasiya verməliyəm ki,  dünya  bu vəhşilikdən sirkələnsin, ədalət bərqərar olsun.

- Müharibədə yaşanılan ağrılarınızı  unuda bilirsiniz?

- Çoxlu şeirlər oxuyuram. Şeir oxuyanda, qulaq asanda müharibədə yaşadığım stresslər canımdan çıxır. Düşünəndəki sənin şəkillərin dünyanın fikrlərini dəyişəcək, o stressi, ölümü yaşamağa dəyər. Elə olub ki, yaralanmışam,  olub ki, ayaqqabımın içinə kimi qana batmışam. Həmişə əsgərdən öndə getmişəm. Amma mənim bir əqidməm var, çəkib göstərməliyəm. O yolda ölüm də olsa, mən getmişəm. İndi  Qarabağ savaşı qələbə ilə başa çatdı. Təkcə Azərbaycan əsgəri deyil, mən də initqam aldım.  İntiqam almağın ləzzəti başqadır. Mən də çəkdiyim şəkillərlə initqamımı alıram.

- Qarabağla bağlı  daha hansı kadrları çəkmək istərdiniz?

Qarabağda çox ölüm-itim, partlayış çəkmişəm. İndi istərdim ki, Qarabağda ermənilərin yerlə-yeksan etdikləri  bütün müəssisələri çəkim. Sonra əvvəlki və indiki şəkilləri yan-yana qoyum sərgi təşkil edim. Bir-iki günə Qarabağa  yenə gedəcəm. Onda məhz o fotoları çəkəcəm.  Bu dəfəki səfərimdə mütləq Şuşaya da gedəcəm. Bir də İstərdim ki, Qarabağda, Şuşada fotojurnalist kimi  məktəb açam.

- Çəkdiyinin fotolar arasınnda göstərmədiyiniz kadrlar var?

- Var, elə fotolar. Vaxtı gələndə nümayiş etdirəcəm.

- Bəlkə bizə bir-ikisini deyəsiniz?

- Yox desəm, sirri qalmayacaq.

Çöldə yağış yağır. Söhbət bitən kimi özünü çölə atır.

- Yaxşı mənzərə var?

- Var!



Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaz yorğunluğunun səbəbləri

Yaz yorğunluğunun səbəbləri

"İlan"ın "Maska"sı açıldı - VİDEO

"İlan"ın "Maska"sı açıldı - VİDEO

Cennifer Enistonun keçmiş əri ata oldu

Cennifer Enistonun keçmiş əri ata oldu

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Qadın voleybolçular mükafatlandırıldı - FOTO

Almaniya millisində ciddi itki

Almaniya millisində ciddi itki

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

Rafael İsgəndərovun Moskva gəzintisi - FOTO

"Onlarla mən günlər, hadisələr yaşamışam"

"Onlarla mən günlər, hadisələr yaşamışam"

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

ABŞ qüvvələri İran gəmisinə atəş açdı

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

UFO-ları araşdıran 11 alimin ölümü ilə bağlı Trampdan AÇIQLAMA

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

2 hərbçinin öldüyü qəza yerindən - VİDEO

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Fransada “Respublikaçılar” prezidentliyə namizədini müəyyənləşdirdi

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

Bakıdan Məkkəyə velosipedlə gedir - VİDEO

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanlı alpinist Himalay dağ silsiləsində bu zirvəni fəth etdi - FOTO

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Azərbaycanda turizm sektorunda yeni standartlar nə vəd edir?

Zibil torbalarını xatırladan divan - FOTO

Zibil torbalarını xatırladan divan - FOTO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

End of content

No more pages to load

RADİO