Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - Bu gün imtahan var

Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq.

Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

Talıbov da qayda pozurmuş... - VİDEO

Talıbov da qayda pozurmuş... - VİDEO

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO