ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fərqlənmə ilə oxuyan bir qrup tələbəsi strateji məsələlər üzrə prorektor Vazeh Əskərovla birgə “Balakhani Operating Company LTD”nin ərazisində 102 yaşlı neft quyusunun qarşısında qurulan “ADNSU-100” lövhəsinin açılışını ediblər.

Bizim.Media xəbər verir ki, açılış mərasimindən sonra keçirilən hasilat şirkətinin rəhbərliyi ilə görüş zamanı ADNSU tələbələri təhsilləri və karyera arzuları barədə səmimi söhbətdə iştirak ediblər.

Bildiriblər ki, sinif otağı ilə sənaye arasında sıx bağların yaradılmasına imkan verən bu kimi əməkdaşlıqlar onlara seçdikləri peşədə daha uğurlu olmağa kömək edəcək.
 

ADNSU prorektoru Vazeh Əskərov ölkəmizin tarixən ikinci universitetinin müasir tələblərə uyğun multi-disiplinar tədris proqramı barədə geniş məlumat verib və tarixən Nobellərin çalışdığı binada bu gün də hasilatla, elm və innovasiyaların bağlantısının qorunub saxlanıldığından məmnunluğunu bildirib.


“Hər bir Universitet uğurlu məzunları ilə tanınır. Bu mənada neft tarixində öz sözünü demiş Balaxanıda tələbələrimizlə bərabər belə bir tarixi gündə iştirak etmək və ADNSU məzunlarının əhatəsində olmaq çox qürurvericidir”, deyən prorektor Əskərov universitet-sənaye arasında münasibətlərin gələcəkdə də davam edəcəyinə ümidini bildirib.

“Balakhani Operating Company LTD”nin müşaviri, prezident təqaüdçüsü, əməkdar mühəndis Telman Orucov tələbələrlə söhbətində ADNSU-da tədris illəri barədə xatirələrini bölüşüb. “Mən, çox xoşbəxtəm ki, mənim elə müəllimlərim olub. Onlar bizə tək dərs otağında deyil, ondan kənar da dəstək olurdular, təcrübələrini bölüşürdülər. Ümid edirəm, mənim məzun olduğum geologiya ixtisası günü-gündən daha da təkmil tədris edilərək Azərbaycanın gələcək hasilat uğurları üçün məzunlar yetişdirəcək.”

Tədbirin sonunda daha bir ADNSU məzunu, “Balakhani Operating Company LTD”-nin hasilat üzrə vitse-prezidenti Əhməd Kələşova "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təqdim edilib.
 

Preizdent İlham Əliyevin qərarı ilə təsis olunan "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” elm, təhsil, habelə neft və sənaye sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş şəxslərə təqdim olunur.


Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 100 illiyi silsilə tədbirlərlə qeyd edilən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranması tarixinin Balaxanı hasilat ərazisində əbədiləşdirməsi qərarı bu ilin fevral ayında ADNSU və “Balakhani Operating Company LTD” arasında Anlaşma Memorandumunun imzalanması zamanı qəbul edilmişdir- “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev ADNSU ilə həmyaşıd və bu günə qədər işlək quyunun “ADNSU-100” adlandırılması barədə sertifikatı rektor Rüfət Əzizova təqdim etmişdir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

Talıbov da qayda pozurmuş... - VİDEO

Talıbov da qayda pozurmuş... - VİDEO

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO