Hicab altında RİYAKARLIQ - Dini geyim yoxsa bədən nümayişi?

Zamanımızın ən ziddiyyətli görüntülərindən biri – başını örtüb, bədənini sərgiləyən qadın obrazıdır. Hicab, İslam dinində qadınlar üçün iffət və təvazökarlığın rəmzidir, amma günümüzdə bir çox qadının əlində ya modaya çevrilib, ya da riyakarlığın alətinə...

Başını bağlayıb, bədənini “qucaqlayan” dar geyimlə ortalıqda dolaşmaq sadəcə dini əmrlərə qarşı laqeydlik deyil, həm də hicabın mahiyyətini təhqir etməkdir. Belə “hicab” altında çox hallarda cərrah əli ilə şəkilləndirilmiş göstəriş arzusu gizlənir.

Hicabı yalnız başla məhdudlaşdırıb  bədəni sərgiləmək həm də hicaba qarşı olanların, qeyri-müsəlmanların da məsxərəsinə çevrilir. Nəticədə qurunun oduna yaş da yanır. Bu cür yanlış təqdimatlar hicaba üsuluna uyğun riayət edən qadınlara da kölgə salır.

Mövzuyla bağlı ilahiyyatçı hacı Mirağa Soltanov Bizim.Media-ya bildirib ki, hicab bədənin bütövlükdə örtülməsi və diqqət çəkməyəcək, cazibə yaratmayacaq şəkildə geyinilməsi deməkdir.
 

“Dar, bədən formalarını bildirən paltarlar hicabın ruhuna ziddir. Çünki diqqətçəkici və şirnikləndiricidir. Biz hər nə qədər kişilərə nəfsinizə sahib çıxın deyə tövsiyə etsək də, hər cür xarakterli insanlar var. Hicab da qadını belə nəfsinin qulu olan kişilərdən qorumaq üçündür.


Azərbaycan tolerant ölkədir, hər kəs istədiyi şəkildə geyinə bilər. Amma hicabı seçmiş qadın ona mütləq dəqiq əməl etməlidir. Əgər məqsəd dini tələbə əməl etməkdirsə, həm baş, həm də bədən örtülməli, geyim vücud formalarını göstərməməli və cazibə yaratmamalıdır”.
 

İlahiyyatçı həmçinin diqqətə çatdırır ki, bir çox cavan qadınlar bəzən hicaba yeni başladığı üçün necə geyinməli olduğunu bilmirlər. Bəzən isə digər ölkələrdəki geyim tərzini nümunə götürürlər.


“Bəzi İslam və Qafqaz ölkələrində baş örtüyü ya rəsmən tələbdir, ya da geyim adətidir.

Qadınların hamısı heç də dindar olduğundan örtülməyi seçməyiblər.  Ona görə də geyim tərzləri İslami tələblərdən uzaq düşüb. Belə geyinən qadınlar yanlış təəssüratlar yaradırlar.

Bizim bəzi hicablı xanımlar da onların təsirinə düşürlər, təkrarlayırlar”.

İlahiyyatçı vurğulayır ki, belə hallarda ictimaiyyətdə qıcıq yaranır. Amma tövsiyə olunur ki, ittiham yox, təşviq edilərək düzgün yola dəvət edilsin.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

Talıbov da qayda pozurmuş... - VİDEO

Talıbov da qayda pozurmuş... - VİDEO

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Bakıya satmağa apararkən avtomobildə ələ keçdi - FOTO

Macarıstan Rusiya neftini almağa davam edəcək

Macarıstan Rusiya neftini almağa davam edəcək

Dövlət Agentliyində YENİ TƏYİNAT

Dövlət Agentliyində YENİ TƏYİNAT

Xəzər dənizindən su nümunələri götürülüb

Xəzər dənizindən su nümunələri götürülüb

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

SAXAL-ın Qəzza sakinlərinə müraciət üsulu: havadan vərəqlər atıldı - VİDEO

İki uşaq bağçasına müdir təyin olundu

İki uşaq bağçasına müdir təyin olundu

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Böyük Mərdəkan qəsrində ÇÖKMƏ – FOTO

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

Bakıda bacısının keçmiş ərini yandıran şəxsə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO