Yüklənmiş elektrik xətləri, artan TƏHLÜKƏLƏR – İşığın “fatura”sı kimə kəsilir?

Bu yay Bakı və Abşeronun elektrik xətləri tarixinin ən ağır sınağını yaşadı. Amma təəssüf ki, bu imtahandan alnıaçıq çıxmadı. Paytaxtın və ətraf qəsəbələrin müxtəlif ərazilərində işığın verilməsində saatlarla, günlərlə fasilələr yaranır. 

Ərzaqları soyuducuda, özləri də evdə istidən xarab olan insanlar cəhənnəmi bu dünyada gördülər desək, yerinə düşər. 40-41 dərəcə istidə elektrikin uzun müddət verilməməsi mənzillərdə soyutma sistemlərinin işləməsinə mane olur ki, bu da sakinlərin, xüsusilə, həssas qrupdan olan yaşlı və xroniki xəstəliyi olan insanların səhhətinə mənfi təsir edir.

Deyilənə görə, sözügedən problem əsasən sürətlə artan tikintilərlə bağlıdır.

Yeni yaşayış massivlərinin və obyektlərin inşası sovetdənqalma enerji infrastrukturu üzərində əlavə yük yaradır. O dövrün əhali sayı üçün nəzərdə tutulmuş xətlər indi yalnız Bakı və Abşeronun işığına yığışmış ölkə vətəndaşlarını işıqsız qoyur.

“Azərişıq”
ASC da təsdiqləyir ki, bəli, deyilənlər doğrudur: elektrik enerjisinin verilməsində yaranan fasilələr xətlərdəki yüklənmə ilə əlaqədardır.  Çoxmənzilli binalarda, əyləncə mərkəzlərində, günü-gündən artan iaşə obyektlərində elektriklə işləyən cihazların çoxluğudur ki, ilin-günün bu vaxtında, dünyanın robotla dərdləşdiyi, süni intellektlə xəstə müalicə etdiyi bir vaxtda biz adi Edison lampasına həsrət qalmışıq.  

Yeri gəlmişkən, “Azərişıq” məlumat yayıb ki, avqustun 6-sı saat 15:00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq, saatda 4871 meqavat olub. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən, ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu.


“Hazırda “AzərEnerji” ASC nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir” – deyir, amma reallıq başqa mənzərə göstərir. Ya da qaranlığa qərq olduğumuz üçün mənzərəni izləyə bilmirik.

Hər artıq cihaz səssiz təhlükədir...

Amma reallıqla barışmalıyıq. Hələ ki, vəziyyət budur, xətlər tam bərpa edilməyib. O zaman xətlərin zəif olmasını nəzərə alaraq, evdə bir neçə kondisioner və əlavə elektrikli qurğuların işlədilməsi ciddi şəkildə nəzarət altına alınmalıdır.

Təsəvvür edin, 6 otaqlı həyət evinin 6-da da kondisioner işləyir, əlavə televizora baxılır, telefon şarja qoşulur... Əlbəttə xətlər cərəyan gücünü daşımaqda çətinlik çəkəcək. Yüklənmə artması bir yana, hətta partlayış ola bilər ki, burda da olan özümüzə olacaq.
 

Evə daxil olan ümumi gücü hesablayıb cihazların sayını və təxmini gücünü də bilsək, vəziyyət qismən nəzarət altına alınar. Deyək ki, maksimum güc öyrənildikdən sonra məlum olur ki, bu evdə 2 kondisioner, bir su qızdırıcısı eyni anda işlənə bilərsə, vətəndaş, üstünə bir də ütünü niyə qoşur? Ona görə də mütləq elektrik sisteminin diaqnostikasını etdirmək, sonra da elektrik planlaması üçün mütəxəssislə məsləhətləşmək lazımdır.


Bəzi texniki həllər də mövcuddur: Smart Relay-lər, yəni avtomatik yük paylayıcılar. Bu cihazlar hansı cihazın prioritet olduğunu təyin edir. Yüklənmə zamanı sistem digər cihazları müvəqqəti söndürür ki, evin sakinləri sonra evdən didərgin düşməsinlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada maşın piyadanı vurub öldürdü

Zaqatalada maşın piyadanı vurub öldürdü

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Əməkdar artistin səhhətində ciddi problemlər YARANDI - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

Bakının mərkəzində restoran yandı: "Dəfələrlə dedik, bağlayın buranı" - VİDEO

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

"Hizbullah" İsraillə danışıqlardan imtina etdi

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Hamiləlik zamanı necə bilək ki, uşaq oğlan olacaq?

Millimiz Qazaxıstana məğlub oldu

Millimiz Qazaxıstana məğlub oldu

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Tramp İranla razılaşma üçün ŞƏRT irəli sürdü

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Aytacı canlı efirdə Flora Kərimovanın bu sözləri AĞLATDI - VİDEO

Mirzoyan Brüsselə gedəcək

Mirzoyan Brüsselə gedəcək

Papadan üzr istəyən DEYİLƏM!

Papadan üzr istəyən DEYİLƏM!

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

Xalq artistinin harada dəfn olunacağı AÇIQLANDI

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

İsrail "Hizbullah"ı vurur: 24 saatda 150 HƏDƏF

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Bu rayona yağan qar təsərrüfatlara ziyan vurdu - VİDEO

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Onların narkoanalizləri MÜSBƏT ÇIXDI

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Ara məsafəsini normadan artıq saxlayın – MÜRACİƏT

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalmış qadının xilas anı - VİDEO

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

Tramp: Tehran özü razılaşma əldə etmək istəyir

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

“Vaxtilə Coşqunun “vid”indəki adamlarla məzələnirdilər” - FOTOLAR

Qərar verildi - Bu binalar söküləcək

Qərar verildi - Bu binalar söküləcək

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

Tramp: İrandan sonra bu ölkəyə “baş çəkəcəyik” - VİDEO

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

İkinci Liqa: “Göygöl”, “Araz Saatlı” və “Şirvan” qalib gəldi

Livanda ölənlərin sayı ARTDI

Livanda ölənlərin sayı ARTDI

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

End of content

No more pages to load

RADİO