ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir: BTQ-nin inkişafı ön planda – FOTO

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsas seqmentlərindən biri kimi yükdaşımalardakı rolu müzakirə edilib.
 

İllik gücü 5 milyon tona çatdırılmış BTQ ilə yükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.


Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılması məqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasının mövcud mərhələsini müzakirə ediblər.
 

Qeyd olunub ki, hazırda Azərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgə fəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruri məlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.


Həm işçi qrupları, həm də müntəzəm birbaşa görüşlərlə daha effektiv və operativ əməkdaşlıq nəticəsində Şərq-Qərb-Şərq marşrutu üzrə hər iki ölkədən keçməklə yükdaşımaların daha səmərəli təşkili üçün fəaliyyətin gücləndiriləcəyi bildirilib.

Bundan başqa, bu ilin sonunadək Orta Dəhlizlə yükdaşımlarda kağızsız sənəd dövriyyəsinin tətbiqi, “Track and Trace” yük izlənməsi sisteminin işə salınması üçün görüləcək işlər nəzərdən keçirilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

Bakı metrosunda iş saatı uzadılacaq

Bakı metrosunda iş saatı uzadılacaq

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Xanımı Messini belə təbrik etdi – FOTO

Xanımı Messini belə təbrik etdi – FOTO

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

Ağdamda güclü yanğın - FOTO

Ağdamda güclü yanğın - FOTO

Xaçmazda əməliyyat: 2 nəfər HƏBS OLUNDU - VİDEO

Xaçmazda əməliyyat: 2 nəfər HƏBS OLUNDU - VİDEO

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

Rusiya Ukraynada İlon Maskın peyk internet şəbəkəsini sıradan çıxarmaq üçün YENİ ÜSUL TAPDI

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

Kiyev vilayətində dəhşətli mənzərə: 400-dən çox ev yararsız hala düşüb – VİDEO

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

İyulun 12-də qəbul imtahanı keçiriləcək – İştirakçıların SAYI

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Doğma yurda köçənlərə evlərinin açarları təqdim olundu – FOTO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Ukrayna dronu Tararıstandakı zavodu yerlə-yeksan etdi – VİDEO

Əjdər Məcidov vəfat etdi

Əjdər Məcidov vəfat etdi

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

82 yaşlı Nebahat Çehre Bodrumda- Fotolar

Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Bu gün təltif olunan generallar kimlərdir?- DOSYE

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Ukraynanın Krımla bağlı PLANI - Rusiya belə cəzalandırılacaq

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Tramp: “İran hakimiyyəti öz xalqını öldürüb” – VİDEO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Namiq İslamzadə və Ələkbər Cahangirov təltif olundu – FOTO

Kənan Seyidova birinci müavin təyin edildi

Kənan Seyidova birinci müavin təyin edildi

End of content

No more pages to load

RADİO