Londonda yaşayan azərbaycanlı Ticarət və Sənaye Palatasının komitə sədri təyin edildi - FOTO

Londonda yaşayan azərbaycanlı, “Guavapay” şirkətinin qrup üzrə icraçı direktoru Elxan Nəsibov London Ticarət və Sənaye Palatasının (LCCI) nəzdində fəaliyyət göstərən Bacarıqlar Komitəsinin sədri təyin olunub.

Bizim.Media xəbər verir ki, Elxan Nəsibov komitəyə sədrlik etməyin onun üçün böyük şərəf olduğunu deyib.
 

O bildirib ki, komitə üzvləri ilə birlikdə çalışaraq əməkdaşlığı təşviq etməyi, innovasiyaları dəstəkləməyi və London biznesmenləri arasında sahibkarlıq ruhunu gücləndirməyi səbirsizliklə gözləyir.


Palatanın siyasət və kommunikasiya direktoru Liz Giles Elxan Nəsibovun komitəyə sədr təyin olunmasını yüksək qiymətləndirib:
 

“Onun liderliyi və sənaye üzrə peşəkarlığı bizə biznes, təhsil və təlim arasında əlaqəni gücləndirməkdə kömək edəcək. Bu isə Londonun gələcək işçi qüvvəsinin hazırlanması baxımından olduqca vacibdir”, - deyə o qeyd edib.


Elxan Nəsibov hazırda “Guavapay” şirkətində qrup üzrə icraçı direktor vəzifəsini icra edir.
 

O, bank sektorundakı karyerasına 19 yaşında Avropanın ən böyük banklarından birində başlayıb. İllər ərzində biznesin inkişafı, məhsul dizaynı, əməliyyatlar və tənzimləyici komplayens daxil olmaqla bankçılığın müxtəlif sahələrində təcrübə qazanıb.


Şirkətdə əvvəlcə baş komplayens inspektoru və MLRO vəzifələrini icra edən Elxan Nəsibov “Guavapay”in qurulmasında əsas rol oynayıb.
 

Onun rəhbərliyi altında şirkət 5 nəfərlik komandadan IT, maliyyə və bankçılıq sahələrində fəaliyyət göstərən 650-dən çox mütəxəssisin çalışdığı qlobal təşkilata çevrilib.


2024-cü ildə isə həmyerlimiz Londonda yüksək dərəcəli “Freedom of the City of London” tituluna layiq görülüb. O, həmçinin müxtəlif beynəlxalq biznes və diplomatik forumlara spiker qismində dəvət olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

Daşkənd Azərbaycan bayrağının rənglərində İŞIQLANDIRILDI

Daşkənd Azərbaycan bayrağının rənglərində İŞIQLANDIRILDI

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Telefonunuzdakı giriş yalnız şarj üçün DEYİLMİŞ: 10 fərqli funksiya

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

Azərbaycan millisi Şimali İrlandiyaya MƏĞLUB OLDU

End of content

No more pages to load

RADİO