Pensiya pulundan istifadə etmək olarmı? - Hətta övladına belə verilmir

Azərbaycanda pensiya kapitalı tələbi 40 min 320 manatdır. Yaşa görə pensiya almaq istəyən şəxslər ya bu kapitala, ya da 25 il staja sahib olmalıdırlar. Lakin bəzən həmin kapital pensiya almaq üçün təyin olunan limitdən keçə bilir.

Bəzən insanlara təcili pul lazım olur və bu zaman onlar toplanmış və artıq qalan pensiya kapitalından istifadə etmək istəyirlər. Amma bunun Azərbaycanda mümkün olub-olmadığından xəbərsizdirlər və nə etməli olduqlarını bilmirlər.

Bizim.Media xəbər verir ki, “Lent.az”a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, kapital limitini dolduran şəxsin pensiya yaşını gözləməsi lazımsızdır:

“Əmək haqqı məsələlərində qanunun tələbləri həm işverən, həm də işçi tərəfindən pozulur.

Bəzən maaş yüksək olur, lakin onun qeydiyyatı sistemə “minimum əmək haqqı” kimi daxil edilir. Ümumiyyətlə əmək haqqı sistemi ilə bağlı o qədər çətinliklər mövcuddur ki, işçi haqqını müdafiə etmək istəmir. İlk növbədə ona görə ki, hər il təqaüd yaşı artırılır. İşçi bilmir ki, o qədər yaşayacaq ya yox. Bundan əlavə, indiki qiymətlər və inflyasiya imkan vermir ki, təqaüdçü aldığı məbləği təyinatı üzrə istifadə etsin. Pensiya dərman preparatları, kommunal xərclər və qidalanmaya çətinliklə çatır. Əgər şəxsin evi yoxdursa, kirayə qalırsa, bu hal daha da qəlizləşir.

Adam gərək su və çörəklə qidalana ki, aldığı məvacib ayboyu ona çatsın. Ona görə də pensiya ilə bağlı məsələlər bir çox vətəndaşa maraqlı deyil. Gənc yaşdan onlar passiv gəlir əldə etməyi düşünürlər.

Əgər şəxs limitini doldurubsa o, nə üçün pensiya yaşını gözləməlidir?

Gözləməsi belə, lazımsızdir. Yəni bu sistem köklü dəyişilməlidir. İşçi bilsə ki,onun əmək haqqısına uyğun təqaüd veriləcək və ya kapitaldan yararlana biləcək o zaman haqqını tələb edər.

Əgər pensiya kapitalından istifadə etmək mümkün deyilsə, o zaman dərman preparatları ilə bağlı qanunda dəyişiklik olmalıdır.Yaşlı insanlar dərman vasitələrinə ehtiyac duyurlar. Onlar üçün zəruri və yüksək qiymətə olanlar pulsuz şəkildə verilməl, komunallar təqaüdçülər üçün fərqli tariflə hesablanmalıdır. Nəqliyyat 65 yaşdan yuxarı yaşı olan şəxslər üçün şəkilli vəsiqə ilə ödənişsiz edilməlidir.

Bir çox insan heç təqaüd yaşınadək yaşamır. Onların kapitalı nə üçün övladlar arasında bərabər paylanılmır?! Bunların hər biri xarici ölkələrin təcrübəsində illərdir mövcuddur. Ölkəmizdə də gənclər təqaüd yaşına çatmadan problemləri düşünüb özünə güzəran qurmağa çalışır”,-deyə iqtisadçı qeyd edib.

Qeyd edək ki, pensiya kapitalından istifadə etmək məsələsi Milli Məclisdə də təklif olunub, lakin hələ ki, bu barədə addımlar atılmayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

Gəncədə ağır qəza: 3 nəfər xəstəxanalıq oldu

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

ABŞ rəsmiləri İranla yeni danışıqlar üçün Pakistana gedir

Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Lənkəranda avtoservisdə partlayış: Usta yanıq xəsarətləri aldı

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO

Bu şəxslər 1000 manat cərimələnəcək - VİDEO

Tramp: İran imtina edərsə, ölkədəki hər bir elektrik stansiyası sıradan çıxarılacaq

Tramp: İran imtina edərsə, ölkədəki hər bir elektrik stansiyası sıradan çıxarılacaq

Meteohəssas insanların NƏZƏRİNƏ

Meteohəssas insanların NƏZƏRİNƏ

Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO

Cəmi beş ədəd alça yeddi manata satılır - VİDEO

Lukaşenko: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"

Lukaşenko: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"

Cəlilabadda ağır qəza: Qadın öldü, iki uşaq yaralandı - FOTO- VİDEO

Cəlilabadda ağır qəza: Qadın öldü, iki uşaq yaralandı - FOTO- VİDEO

Antalya Diplomatiya Forumu başa çatdı - FOTO

Antalya Diplomatiya Forumu başa çatdı - FOTO

Aleksandar Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Aleksandar Vuçiç İlham Əliyevə ZƏNG ETDİ

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Naxçıvanda ağır qəza: Yaralı var - FOTO

Naxçıvanda ağır qəza: Yaralı var - FOTO

Hakan Fidan: "Hər üç lider bir-birini qardaşdan da çox sevir"

Hakan Fidan: "Hər üç lider bir-birini qardaşdan da çox sevir"

Müctəba Xameneinin adından İran mediası BƏYANAT YAYDI

Müctəba Xameneinin adından İran mediası BƏYANAT YAYDI

Kiyevdə polislər atışma zamanı hadisə yerindən qaçdı - VİDEO

Kiyevdə polislər atışma zamanı hadisə yerindən qaçdı - VİDEO

Hakan Fidan: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanacaq

Hakan Fidan: Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanacaq

End of content

No more pages to load

RADİO