Bu dondurmalar keyfiyyətsiz və təhlükəlidir - AÇIQLAMA

Yay aylarının ən sevimli təamlarından olan dondurma həm dadı, həm də sərinləşdirici təsiri ilə mövsüm müddətində ən çox istifadə olunan qida məhsullarındandır. Ancaq dondurma düzgün seçilmədikdə sağlamlıq üçün risklər yarada bilər. Bu səbəbdən alıcılar məhsulun tərkibi, istehsal və saxlama şəraiti barədə məlumatlı olmalıdırlar. Mağazalarda hər növdə və qiymətdə dondurma çeşidlərini görmək mümkündür.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Fərif Səfərov iqtisadiyyat.az-a açıqlamasında deyib ki, yay aylarında dondurma həm sərinləşdirici, həm də ləzzətli seçim olsa da, keyfiyyətsiz və ya düzgün saxlanılmayan dondurmalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

Onun sözlərinə görə, dondurma alarkən bir sıra əsas məqamlara diqqət yetirmək mütləqdir:

"Dondurma alarkən tərkibə diqqət etmək mütləqdir. Ən əsas göstərici dondurmanın tərkibidir. Əgər dondurmada "bitki yağı", "hidrogenləşdirilmiş yağ", "emulqator", "qatılaşdırıcı" kimi maddələr varsa, bu daha ucuz və aşağı keyfiyyətli alternativ hesab olunur".

F.Səfərov söyləyib ki, təbii tərkibli südlü dondurmalar daha təhlükəsizdir. Onun sözlərinə görə, dondurma alarkən onun saxlanma şəraitinə də mütləq diqqət yetirmək lazımdır:

"Dondurma yalnız - 18°C-də saxlanılmalıdır. Ərimiş və sonra yenidən donmuş dondurmalardan uzaq durmaq gərəkdir. Üzərində buz kristallarının olması, onun formasının dəyişməsi buna işarədir. Dondurmada istehsalçı adı, tərkibi, istehsal və son istifadə tarixi, saxlanma temperaturu etiketdə aydın göstərilməlidir. Etiketi olmayan və ya qeyri-rəsmi şəkildə satılan dondurmalardan uzaq durmaq lazımdır".

Ekspert qeyd edib ki, təbii meyvəli dondurmalar çox parlaq rəngdə olmur:

"Məsələn, çiyələkli dondurma çox tünd qırmızı rəngdədirsə, süni rəngləndirici ehtimalı yüksəkdir. Ətirli, lakin süd dadı olmayan dondurma da keyfiyyətli olmaya bilər. Keyfiyyətli dondurma baha başa gəlir. Çox ucuz dondurmalar adətən süni qatqılarla hazırlanır. Ona görə də tanınmış, sertifikatlı istehsalçıların məhsullarına üstünlük vermək daha məqsədəuyğundur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

End of content

No more pages to load

RADİO