Cənnət və cəhənnəmin DÜNYƏVİ MODELİ - Azərbaycanda da tətbiq OLUNACAQ?

Çində rəqəmsal itaət erası başlayıb. Son illərdə tətbiq edilən və dünyada geniş rezonans doğuran “Sosial kredit” sistemi artıq sadəcə sınaq layihəsi deyil, real həyatın bir parçasına çevrilib. Əvvəlcə Çinin kiçik bir kəndində pilot layihə kimi başladılan “Sosial kredit” sistemi getdikcə populyarlıq qazandı.

Nədir bu sistem?

Əslində sadə məntiqə əsaslanır: yaxşı davranış – xal qazandırır, pis davranış – xal azaldır. Məsələn, qonşularına kömək edən, qanuna riayət edən, borcunu vaxtında qaytaran və s. şəxslərin xalları artır. Əksinə, qanunu, ictimai qaydaları pozan, cərimələri vaxtında ödəməyənlər “qara siyahı”ya düşür. Sonda isə bu xallar toplanır, çox olanda sosial güzəştlər edilir, kredit götürəndə, ev alanda aşağı faizlə, ucuz qiymətlə vətəndaş öz rifahını təmin edir. Xalı az olanlar isə kredit alanda çətinlik çəkirlər, uşaqlarını yaxşı məktəblərə yerləşdirə, özləri iş tapa bilmirlər.  
 

Bu gəlişigözəl sistem artıq Avropaya da yayılır. Üzü bizə sarı gələn bu “texnoloji əməl dəftəri” ətrafında mübahisəli fikirlər də səngimir. Sistem tərəfdarlarına görə, bu, ictimai nizam-intizamı möhkəmləndirir və “məsuliyyətli vətəndaş” modelini təşviq edir. Amma tənqidçilər sistemin total nəzarət və dini idarə üsulunun rəqəmsal forması olduğunu deyirlər.


Məsələnin digər tərəfi də var: sistemin şəffaf olmasına necə əmin olmaq olar?  Kim zəmanət verir ki, xallar cədvəldə şişirdilmiş şəkildə yazılmayacaq? Bəs səhvən cəzalandırılanlara nə olacaq?

Suallar çoxdur və ən əsası cavabsızdır. Cavab olsa da qeyri-səmimi olacaq. Çünki dünyanın ən inkişaf etmiş, ən qanunpərəst ölkəsində də rüşvət alan-verən tapılır. Düzdür, bütün dinlərdə yaxşı və pis əmələ görə mükafatlandırma və ya cəzalandırma var. Bu da onun dünyəvi formasıdır. Alimlər fikirləşib cənnət və cəhənnəmin yerüstü modelini yaradıblar.
 

Amma bu sistem ilahi dərgahdakı kimi ədalətli olacaqmı? Karl Marks demiş: “İnsan harda varsa, fitnə-fəsad da onun kölgəsi olacaq”. Bəs ilahiyyatçılar məşhur ateistlə razılaşırmı?


İlahiyyatçı Hacı Mirağa Soltanov Bizim Media-ya bildirib ki, təkcə İslamda deyil, bütün səmavi dinlərdə “əməl dəftəri” anlayışı var:
 

“İslam dinində də yaxşı əməllər savab, pis əməllər isə günah kimi qiymətləndirilir. İnsan bu dünyadakı əməllərinə görə axirətdə cənnət və ya cəhənnəmə düşəcək. Amma bu ilahi bir sistemdir, bunun dünyəvi həyatda reallaşdırılması əsas mahiyyətdən uzaqlaşır.


Çünki insan burada yaxşılığı yalnız xal toplamaq üçün, özünə gün-güzəran qazanmaq üçün edəcək.
 

Bir xəstəyə, yaşlıya yardım etmək onun mərhəmətindən və Allah sevgisindən gəlməyəcək. Elə dinimizdə də ad üçün ziyarət etmək, göstəriş xatirinə yaxşılıq etməək savab sayılmır, imana ziddir”.


Ümumiyyətlə Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə belə təcrübələr təhlükəli ola bilər: adi sosial layihədə şəffaflıq şübhə doğurursa, bu cür vətəndaşın gələcəyini, sosial statusunu təyin edəcək sistemlərdə ikiqat ehtiyatlı olmaq lazımdır.

Sözügedən sistemin ədalətli işləməməsi, sui-istifadə hallarına yol açması və şəxsi qərəzlərə alət olması qorxusu var. Üstəlik vətəndaşların hər bir sosial davranışı izlənəcəksə, bu, etik sərhədlərə və insan azadlığına da ziddir.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

End of content

No more pages to load

RADİO