Hava ilə bağlı şok xəbərdarlıq – Azərbaycanda 7 il əvvəlki təhlükə təkrarlana bilər

Avropanın bir sıra atom elektrik stansiyaları anomal istilər səbəbindən fəaliyyətini dayandırmağa məcbur olub. Azərbaycanda da anomal istilər müşahidə edilir. Bu vəziyyət 2018-ci il Azərbaycanda kütləvi elektrik kəsilməsi – iyulun 2-dən 3-nə keçən gecə Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasındakı (İES) partlayışı gündəmə gətirir. O zaman bildirilib ki, havanın temperaturunun artması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Hazırkı istilər bənzər problemə səbəb ola bilərmi? Bunun qarşısını almaq üçün dövlət və vətəndaş prizmasında nələr edilməlidir?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, oxşar risklər yenə də mövcuddur:

“Yüksək temperatur şəbəkə avadanlıqlarının işinə iki əsas istiqamətdə təsir edə bilər:

Birincisi, əhalinin soyuducu avadanlıqlardan daha çox istifadə etməsi nəticəsində enerji tələbatı kəskin artır, bu da transformatorların və ötürücü xətlərin yüklənməsinə səbəb olur.
 

İkincisi, yüksək hava temperaturu soyutma sistemlərinin effektivliyini aşağı salır, xüsusilə istilik elektrik stansiyalarında havalandırma gücünün azalmasına yol açır. Bu faktorlar enerji sisteminin dayanıqlığını zəiflədir və 2018-ci ildəki hadisənin təkrarlanma ehtimalını artırır”.



Ekspert qeyd edib ki, təhlükənin qarşısını almaq üçün kompleks və sistemli yanaşma tələb olunur:

“Ölkəmizdəki elektrik şəbəkələri müasir tələblərə uyğundur. Risklər ötən illərlə müqayisədə müəyyən dərəcədə azalmış olsa da, vəziyyət hələ də müəyyən tədbirlərin görülməsini tələb edir.
 

Elektrik şəbəkələrinin yüklənməsi diqqətlə monitorinq edilməli, ehtiyat gücləri vaxtında işə salınmalıdır. Alternativ enerji mənbələri, xüsusilə günəş və külək enerjisi, pik dövrlərdə daha geniş istifadə olunmalıdır.


İctimai maarifləndirmə kampaniyaları keçirilməli və vətəndaşlar enerji istifadəsinə daha diqqətli yanaşmağa təşviq edilməlidir.

Nəticə etibarilə, anomal istilər dövründə enerji sisteminin təhlükəsizliyi yalnız texniki məsələ deyil, həm də vətəndaş məsuliyyətini düzgün planlaşdırmaqla əlaqəlidir.

7 il əvvəlki hadisənin təkrarlanmaması üçün hər kəs öz öhdəliklərini yerinə yetirməlidir. Dövlət strukturları, enerji təminatçıları və istehlakçılar arasında koordinasiyalı fəaliyyət bu məsələnin həllində böyük rol oynayır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Həm pulda, həm də karyerada uğur: İyulda mükafatlandırılacaq BÜRCLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

End of content

No more pages to load

RADİO