Xərçəng xəstələrinin müalicə xərcləri icbari sığorta hesabına QARŞILANIR? – ARAŞDIRMA

Azərbaycanda uzun müddətdir onkoloji xəstələrin müayinə və müalicəsinin icbari tibbi sığorta hesabına qarşılanması müzakirə olunur. Əslində, bu xəstəliyin aşkarlanması, müayinə və müalicəsi bir neçə qanunda öz əksini tapıb.

Belə ki, 2006-2010-cu illər üçün “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Proqram təsdiqləndikdən sonra onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir.
 

MÖVZU İLƏ BAĞLI

Onkoloji xəstələr dövlət hesabına olmalı müalicəyə niyə PUL ÖDƏYİRLƏR? – ARAŞDIRMA 


Həmçinin, 2006-cı ildə qəbul edilən "Onkoloji yardım haqqında" qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən vəsait ayrılır.

Bu il Milli Onkologiya Mərkəzinə dövlət büdcəsindən 650 min manat vəsait ayrılıb. Xatırladaq ki, onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 2024-cü il dövlət büdcəsindən 48,3 milyon manat məbləğində vəsait ayrılıb. Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”ında əksini tapıb.

Bundan əlavə, 2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidir.


Lakin konkret hansı proseslərin dövlət hesabına aparılması hər kəsə aydın deyil. Çünki onkoloji xəstələrin yaxınları uzun müddət müalicə tələb edən xəstəliyin aşkarlanması, müayinəsi və müalicəsi zamanı xeyli miqdarda pul xərclədiklərini bildirirlər.

Bəs onkoloji xəstələr üçün hansı müayinə və müalicələr icbari tibbi sığorta zərfinə daxil edilib

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “Onkoloji yardım haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım müvafiq dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
 

Bildirilib ki, sözügedən qanuna uyğun olaraq onkoloji xəstələrin Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.


Qeyd edilib ki, icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır:
 

“Bu tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir. Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir.


Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamaoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması,  Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr  aparılır.

 

Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır”.


Məlumatda vurğulanıb ki, hazırda onkoloji xəstəliklərin Xidmətlər Zərfinə daxil edilməsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aidiyyəti qurumlarla müzakirələr aparır.

“Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir. Tibbi statistik məlumatlar analiz edilir.
 

Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin potensialı öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır” – deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.

Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. Həmçinin, ötən il ölkə üzrə yenitörəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub.

Günay Şahmar, Bizim.Media  

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

Livan İsrailə görə BMT Təhlükəsizlik Şurasına ŞİKAYƏT EDƏCƏK

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

"Kaş boşanmış olardım" - Gülüstan Əliyeva - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Nizami rayonunda yaşayış binasında yanğın BAŞ VERDİ - VİDEO

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

Çuğundur şirəsinin qan təzyiqinə TƏSİRİ - ARAŞDIRMA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

Milli Qəhrəman Pəncəli Teymurovun ailəsi ziyarət olundu - FOTO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

“Kameranı bacıma tərəf çevirəndə gördüm ki, həyatını itirib” - VİDEO

End of content

No more pages to load

RADİO