Azərbaycanda məhkəmə sədri özünə ETİRAZ ETDİ

Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatına verilən iş üzrə özünə etiraz edib.

Bizim.Media "Trend.az"a istinadla xəbər verir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olub və "Elektron məhkəmə" informasiya sistemində qeydə alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onun icraatına verilib.
 

Sədr Neftçala şəhərində özünəməxsus yaşayış yeri olmadığına görə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğu vaxtdan etibarən kirayədə yaşadığı, 2024-cü ilin sentyabr-oktyabr aylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərə görə çıxmalı olub.


Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağa başlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilən şəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyini öyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16 oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağa başlayıb.
 

Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyun ayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən, haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç bir məlumatı olmayıb.


Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyun ayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzil axtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsə məxsus mənzildən çıxıb başqa evə köçüb.

Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq, obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbər tutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tututduğunu, lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə, qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədər vacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətli görünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dair ətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətli olduğunu bildirib.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünə etirazı qəbul edilib.
 

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təmin edilib.


Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Məktəblərdə payız tətili başladı

Məktəblərdə payız tətili başladı

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

“ChatGPT”də daha bir yenilik: Sınaqdan keçirilir

“ChatGPT”də daha bir yenilik: Sınaqdan keçirilir

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

End of content

No more pages to load

RADİO