5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir

Bu il keçirilən 5-ci “Yüksəliş” müsabiqəsində qalib adını qazanan 20 nəfərdən 3-ü Kapital Bank əməkdaşı olub ki, bu da şirkətlər arasında ən yüksək göstəricidir.

Məhz bu münasibətlə Azərbaycanın ən böyük maliyyə qurumu olan Kapital Bank-da xüsusi görüş baş tutub.

Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı direktoru Fərid Hüseynov, eləcə də İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova müsabiqənin qalibi olan əməkdaşlarla bir araya gələrək onları şəxsi nailiyyətləri münasibətilə təbrik ediblər.

Görüş zamanı rəhbərlik qaliblərin uğur yolunu dinləyib, onların peşəkar inkişaf prosesində göstərdikləri əzmkarlığı və liderlik keyfiyyətlərini yüksək qiymətləndirib. Səmimi müzakirələr əsnasında iştirakçılar həm müsabiqənin çətinlikləri, həm də bu nəticənin bank daxilində digər əməkdaşlar üçün də motivasiya və örnək təsiri yaratdığı barədə fikirlərini bölüşüblər.

Kapital Bank-ın Baş İcraçı direktoru Fərid Hüseynov görüş zamanı bildirib ki, bu nəticə bankın insan kapitalına verdiyi dəyərin və sistemli yanaşmasının göstəricisidir:

“Yüksəliş yalnız fərdi nailiyyət deyil, bu həm də təşkilati uğurdur. Biz Kapital Bank-da sabahın liderlərini müəyyən edir, onlara şəxsi inkişaflarında şərait yaradırıq. Bu müsabiqədə də üç qalibimizin olması təsadüfi deyil. Bu, illərlə formalaşan dəyərlər sistemimizin və inkişaf mədəniyyətimizin nəticəsidir”.

İnsan kapitalı və təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova isə müsabiqənin nəticələrini bank üçün strateji əhəmiyyətli bir göstərici kimi qiymətləndirib:

“Bizim əsas dəyərimiz insandır. Hər bir əməkdaşımızın fərdi inkişafı, liderlik bacarıqlarının üzə çıxarılması və dəstəklənməsi bankımızın uzunmüddətli uğur strategiyasının tərkib hissəsidir. “Yüksəliş” kimi platformalarda qalib olmaq bu istiqamətdə atılan addımların doğruluğunu bir daha təsdiq edir”.

Qeyd edək ki, builki “Yüksəliş” müsabiqəsinin qalibləri arasında Kapital Bank-ın Satış Kanalları Departamentinin direktoru Toğrul Xəlilov, Birbaşa Satış və Xidmət şöbəsinin meneceri Qoşqar Daşdiyev və Pərakəndə Risk Texnologiyaları sahəsinin məhsul sahibi Məmməd Həsənov yer alıb. Onların hər biri bank daxilində inkişaf yolu keçmiş, müxtəlif struktur vəzifələrdə uğurlu fəaliyyətləri ilə seçilmiş əməkdaşlardır.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə təsis edilib. Layihənin məqsədi gənc və perspektivli idarəçi kadrların aşkarlanması, inkişaf etdirilməsi və dövlət idarəçiliyi də daxil olmaqla müxtəlif sahələrdə liderlik potensiallarının gücləndirilməsidir. Beş mərhələdən ibarət olan müsabiqə iştirakçıların strateji düşüncə, liderlik, qərarvermə və etika kimi bacarıqlarını qiymətləndirən beynəlxalq model əsasında həyata keçirilir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO