Mərkəzi Parkın genişləndirilməsi: Tarix və müasirlik arasında yeni yaşıl nəfəs - ARAŞDIRMA

Son illər dünyada iri şəhərlərin inkişafında əsas prioritetlərdən biri ətraf mühitin ekoloji tarazlığını qorumaq və ictimai-yaşıllıq məkanlarını artırmaqdır. Bu tendensiya xüsusilə əhalisi sıx və sürətli urbanizasiya mərhələsində olan şəhərlərdə aktuallığını qoruyur.

Paytaxt Bakı da bu qlobal tendensiyaya qoşularaq, son illərdə urban mühitin transformasiyası istiqamətində mühüm layihələr həyata keçirir. Paytaxtın tarixi silueti, memarlıq irsi və mədəni landşaftı qorunmaqla, şəhərin daha funksional, ekoloji cəhətdən dayanıqlı və sosial baxımdan inklüziv olması üçün genişmiqyaslı planlama prosesi icra olunur. Bu baxımdan, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” gələcəyin Bakısını formalaşdırmaq üçün əsas yol xəritəsi rolunu oynayır. Baş planın əsas prioritetlərindən biri şəhərin mərkəzində yaşıl və ictimai məkanların genişləndirilməsi, eyni zamanda, tarixi məkanların və urban irsin qorunmasıdır.

Bu yanaşma ilə həyata keçirilən Mərkəzi Parkın genişləndirilməsi layihəsi, təkcə, estetik və funksional baxımdan deyil, həm də sosial və ekoloji cəhətdən dəyərli təşəbbüs kimi çıxış edir.

Mərkəzi Park, sadəcə, yaşıllıq sahəsi deyil, müasir Bakının yeni nəfəsidir. O, insanla şəhər arasında olan münasibəti yenidən qurmağa, yerli sakinlərin həyat keyfiyyətini artırmağa və paytaxtın memarlıq kimliyini müasir urbanizasiya ilə harmoniyada inkişaf etdirməyə yönəlmiş strateji layihədir. Yaşıl fəza ilə ictimai həyatın kəsişdiyi bu məkan Bakının gələcək vizyonunun parlaq nümunəsinə çevrilməkdədir. Parkının genişləndirilməsi yalnız yaşıllıq sahəsinin artırılması deyil, eyni zamanda, şəhərin sosial, memarlıq və ekoloji mühitinə inteqrasiyanı nəzərdə tutan çoxşaxəli təşəbbüsdür.

Bizim.Media xəbər verir ki, “Azərtac.az” Bakı şəhərinin ekoloji və şəhərsalma baxımından inkişafına yönəlmiş aparıcı layihələrindən biri olan Mərkəzi Parkın genişləndirilməsi ilə bağlı araşdırmasını təqdim edir.



Parkın mərhələli inkişafı: 2019-dan bu günə
 

Mərkəzi Parkın salınması ideyası şəhərin mərkəzində funksional, ekoloji və sosial cəhətdən faydalı ictimai fəzanın yaradılması zərurətindən doğub. Bu təşəbbüs təkcə ətraf mühitin sağlamlaşdırılması deyil, həm də paytaxtın memarlıq simasının müasirləşdirilməsi və sakinlərə daha keyfiyyətli urban mühit təqdim etmək məqsədi daşıyır.


Parkın birinci hissəsinin açılışı 2019-cu il may ayında olub. Bu mərhələdə infrastruktur baxımından geri qalan keçmiş “Sovetski” adlandırılan ərazi sökülərək, yerində müasir tələblərə cavab verən geniş park məkanı yaradılıb. İlk mərhələ şəhər əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb, çünki bu zonada ilk dəfə idi ki, belə geniş ictimai istirahət sahəsi formalaşdırılmışdı.

Burada gəzinti yolları, oturacaqlar, fəvvarələr və müasir landşaft dizaynı park mədəniyyətində yeni standart yaradıb.
 

2022-ci və 2024-cü illərdə isə müvafiq olaraq parkın ikinci və üçüncü hissələri sakinlərin istifadəsinə verilib. Bu müddət ərzində parkın funksionallığı genişləndirilib. Artıq park yalnız gəzinti və istirahət deyil, həm də müxtəlif ictimai tədbirlər və ailəvi əyləncə üçün məkan kimi fəaliyyət göstərməyə başlayıb.


Velosiped yolları, açıq hava idman zonaları, uşaq oyun meydançaları və sakit istirahət sahələri əlavə edilib. Park ərazisinin ətrafındakı nəqliyyat və piyadaların hərəkəti də optimallaşdırılıb.

Şəhərin dinamik ritminə uyğun olaraq burada həm fəal, həm də sakit həyat tərzini dəstəkləyən sahələr yaradılıb.

Həmçinin daha çox ağac əkilib, dekorativ bitki zolaqları yaradılıb və su elementlərinin sayı artırılıb. Hazırda parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.



Tarix yaşıllığın içində yaşayacaq
 

Hazırda həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur. Metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq.


İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Zəngin biomüxtəliflik sayəsində şəhər mərkəzində ekoloji təmiz və istirahət üçün münasib mühit və ictimai məkanlar yaradılacaq.
 

Park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur. Bu göl ətrafında xüsusi aktivlik yaratmaqla, təkcə parkın deyil, Bakının ən cəlbedici elementlərindən biri olacaq. Gölün yerləşdiyi zonada əkiləcək bitkilər və güllər ərazinin estetikasına əlavə dəyər qatacaq.


Funksional olaraq, parkın dördüncü hissəsində rekreasiya, gölkənarı istirahət, idman, mədəni tədbir zonaları və uşaq oyun meydançaları nəzərdə tutulur.

Layihədə ətrafdakı yaşayış zonaları və nəqliyyat infrastrukturu ilə əlaqələndirməyə xüsusi diqqət yetiriləcək.

Ərazidə mövcud olan tarixi tikililərin yeni funksiyalarla zənginləşdirilərək yenidən qurulması və parka inteqrasiyası planlaşdırılır. Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur.



Eyni zamanda, "Təzə Pir" məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.
 

Layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur.


Burada, eyni zamanda, şəhər sakinlərinin və qonaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün yaşıl zonalar, mədəniyyət ocaqları, əlverişli infrastruktur yaradılacaq.

Qeyd edilən işlər paytaxtımızın unikal tarixi və memarlıq siması saxlanılmaqla, Baş plana və müasir şəhərsalma standartlarına uyğun olaraq daha da inkişaf etdirilməsi, rahat, mobil və yaşıl şəhərə çevrilməsi istiqamətində atılan növbəti önəmli tədbirlər sırasındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO