Olimpiada FİASKOSU - Azərbaycan niyə medal qazana BİLMƏDİ?

Avstraliyada 110 ölkənin iştirakı ilə 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. Ölkəmiz olimpiadada iştirak etsə də heç bir medal qazanmayıb. Çin Xalq Respublikasının təmsilçiləri 6 qızıl, ABŞ təmsilçiləri 5 qızıl, 1 gümüş, Cənubi Koreyadan olan iştirakçılar isə 4 qızıl, 2 gümüş medal qazanıblar.

Türkiyə nümayəndələri də 2 qızıl, 3 gümüş, 1 bürünc medalla ilk onluqda yer tutublar. İran da iki qızıl medal alan ölkələr sırasındadır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ermənistan da müvafiq olaraq gümüş və bürünc medal alaraq olimpiadanı yekunlaşdırıblar.

Bəs ölkəmizin beynəlxalq riyaziyyat olimpiadasındakı uğursuzluğunun səbəbi nədir?

Mövzu barədə Bizim.Media-ya danışan təhsil eksperti Elmin Nuri deyib ki, bu, məyusedicidir:

“Azərbaycan gənclərinin beynəxalq riyaziyyat olimpiadasındakı uğursuzluqla bağlı xəbəri bir vətəndaş kimi bizi məyus etdi.
 

Avstraliyada baş tutan beynəlxalq riyaziyyat olimpiadasında medalçıların siyahısına baxanda qardaş türk dövlətlərinin hamısını gördük, həmçinin, qonşu dövlətlərin hamısının adına rast gəldik.

 

Təəssüf olsun ki, bizim ölkədə bir nəfər olsun bürünc medal belə almadı. Bundan əvvəlki riyaziyyat olimpiadalarında, beynəlxalq fizika, kimya olimpiadalarında medallarımız olub.
 

Amma hər dövrün öz qəhrəmanları, hər ilin öz nəticələri olmaldıır. Biz keçmişə baxaraq hərəkət edə bilmərik. Bu məsələlərdə irəliləmək laızmdır.


Ötən il beynəlxalq riyaziyyat olimpiadasında 1 və ya 2 medal var idisə, bu il onların sayı 3-4 olmalı idi.Zaman keçdikcə irəliləmə kodeksi inkişaf etməlidir. Təəssüf ki, bizdə geriləmə oldu”


Ekspert hesab edir ki, ötən ilki müsbət nəticələrə yox, gələcəkdə əldə edilə biləcək uğurlara yönəlməliyik:
 

“Artıq neçə ildir ki, Elm və Təhsil Nazirliyinin yanında Olimpiada Hazırlıq Mərkəzi var, Mərkəz bu istiqamətdə müəyyən işlər görür. Respublika olimpiadalarının uğurlu iştirakçıları, həmçinin, beynəlxalq olimpiadalarda qalib olanları tanıdırlar. Hazırlıqların da pis keçmədiyi bildirilir.


Bəs nəticə noldu? Bizdən geridə olan xeyli ölkələrin də medalları var, amma bizdə yoxdur.
 

Hər dəfə müəyyən fənn üzrə biri medal alırsa və piarı bir nəfərin üzərində quracağıqsa, bu alınmayacaq. Bizim çox savadlı gənclərimiz olub ki, onlar riyaziyyat və digər fənlər üzrə keçirilən olimpiadalarda uğur qazanıblar.


Bəs indi noldu? Biz bir medal qazanıb onun piarını aparmaqdansa, həmin medalların sayını artırmağı düşünməli idik”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Məktəblərdə payız tətili başladı

Məktəblərdə payız tətili başladı

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

“ChatGPT”də daha bir yenilik: Sınaqdan keçirilir

“ChatGPT”də daha bir yenilik: Sınaqdan keçirilir

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

Azərbaycan taekvondoçusu İslamiadada gümüş medal QAZANDI

End of content

No more pages to load

RADİO