ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

Qum adası sahilə birləşərək yarımada olub.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış fotoqraf Aleksey Lyokin fotofakt paylaşıb.

"Xəzərin dayazlaşması Qum adasının nümunəsində: 2025-ci ildə ada yarımadaya çevrilərək sahillə birləşdi", - deyə fotoqraf bildirib.
 

Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması Qum adasının sahil torpaqları ilə daha geniş sahədə bağlantısını təmin edib. Əvvəllər bu, süni bəndlə texniki olaraq birləşdirilmişdisə, indi sözügedən dəyişiklik təbii proseslərin nəticəsində müşahidə edilir.


Bəs görəsən, Qum adasının sahillə təbii yolla birləşməsi ekosistemlərə, xüsusilə Bakı buxtasındakı flora və faunaya hansısa təhlükələr yarada bilərmi?

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev mövzu ilə bağlı oxu.az-a danışıb.

O qeyd edib ki, Xəzər dənizində müşahidə olunan su səviyyəsinin enməsi təkcə coğrafi deyil, həm də ekoloji baxımdan ciddi narahatlıq doğurur:
 

"Bu proses artıq bir tendensiyaya çevrilib və təkcə bizim ərazidə deyil, sahilyanı digər bölgələrdə də müşahidə olunur. Suyun səviyyəsi azalmaqda davam etsə, bəzi yerlərdə yeni adalar yarana bilər. Yaxud əvvəl su altında olan sahələr üzə çıxa bilər.


Bu dəyişikliklər isə birbaşa Xəzərin ekosisteminə təsir edir. Sahil xətti irəli çəkildikcə, həmin ərazilərdəki flora və fauna ciddi şəkildə zərər görür.
 

Məsələn, dayazlaşma nəticəsində bəzi canlıların yaşadığı mühit yox olur. Əgər bir bitki növü quruyursa, onunla qidalanan digər canlılar da zərər görürlər. Bu isə qida zəncirini pozur və nəticədə balıqların da sayında azalma müşahidə olunur.


Sahil zonasında mövcud olan bəzi növ otların və kiçik canlıların sayı azaldıqca balıqların əsas qida mənbəyi tükənir".

Ekspert əlavə edib ki, bəzi yeni ekosistemlər yaranır, lakin onlar mövcud canlıların ehtiyaclarını ödəməyə yetmir:
 

"Bu prosesin nə qədər davam edəcəyi və hansı nəticələrə gətirib çıxaracağı isə hələlik məlum deyil. Bəzi heyvan növləri, məsələn, samurlar yalnız sahil zonalarında yaşaya bilir və dərin sularda yaşamaq imkanları yoxdur.


Əgər onların yaşadığı ərazilər quruyarsa, bu canlılar məhv ola bilər. Bu, artıq potensial təhlükə siqnalıdır.

Floranın azalması, torpağın quruması, sahil xəttinin dəyişməsi nəticə etibarilə Xəzərin bütün bioloji müxtəlifliyinə mənfi təsir göstərir. Zəifləyən ekosistem isə həm balıqların, həm də digər canlıların mövcudluğunu sual altına qoyur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hakan Fidan: “Türkiyə Qəzzaya qoşun yeritməyə hazırdır” - VİDEO

Hakan Fidan: “Türkiyə Qəzzaya qoşun yeritməyə hazırdır” - VİDEO

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Məktəblərdə payız tətili başladı

Məktəblərdə payız tətili başladı

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

“ChatGPT”də daha bir yenilik: Sınaqdan keçirilir

“ChatGPT”də daha bir yenilik: Sınaqdan keçirilir

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

"Real"ın müdafiəçisi milliyə qoşulmaqdan İMTİNA ETDİ

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

İmişlidə çınqıl karxanasında BƏDBƏXT HADİSƏ: Bir nəfər öldü

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Bu ilin on ayında əlilliyi olan 117 min şəxs reabilitasiya xidmətləri ilə TƏMİN EDİLDİ

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Kazemiro "Mançester Yunayted"i tərk edə bilər

Bu vitamin sizi ARIQLADACAQ

Bu vitamin sizi ARIQLADACAQ

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Siyarto: “Macarıstan Ukrayna taxılının Avropa bazarına çıxmasına imkan verməyəcək”

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

Quşların günəşi mahnılarla qarşılamasının SƏBƏBİ - YENİ ARAŞDIRMA

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

"Lamine Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

Britaniyada fövqəladə vəziyyət ELAN EDİLDİ - FOTO

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

DÇ-2026-nın seçmə mərhələsi: Türkiyə qalib gəldi

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

İstanbulda metro tikintisi zamanı ÇÖKMƏ OLDU - VİDEO

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Putin Netanyahu ilə İranın nüvə proqramını MÜZAKİRƏ ETDİ

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Sərnişinlər 170 nömrəli marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Millimizin Fransa ilə oyunöncəsi AÇIQ MƏŞQİ - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Daşkənddə Mərkəzi Asiya Sammitində iştirak edən dövlət başçılarının şərəfinə atəşfəşanlıq oldu - FOTO

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

Rüfət bu gün vəfat edən dayısı qızı ilə FOTOSUNU paylaşdı

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

İsraildən ÇAĞIRIŞ: SEPAH-ı terrorçu təşkilat kimi tanıyın

End of content

No more pages to load

RADİO