Azərbaycanda qadınlar da hərbi xidmətə çağırılacaq? - Deputatdan AÇIQLAMA

Yaponiya Müdafiə Nazirliyi qadınların ölkənin silahlı qüvvələrinə qəbulu ilə bağlı son məhdudiyyətləri aradan qaldırıb.

Belə ki, avqustun 1-dən etibarən qadınlar hətta nüvə, bioloji və kimyəvi müdafiə bölmələrində də xidmət edə biləcəklər. Hərbi idarə bu addımını bu sahələrdə təhlükəsizlik tədbirlərinin artırılması ilə izah edib.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi 1993-cü ildən silahlı qüvvələrdə qadınların iştirakını genişləndirir. Onlar indi hərbi təyyarələri idarə edə, döyüş ordu hissələrində və dəniz gəmilərində, o cümlədən sualtı qayıqlarda xidmət edə bilərlər.

Nəzərə alaq ki, bu yaxınlarda Danimarkada da qadınların orduya cəlb edilməsi haqqında qərar qəbul edilib.

Bəs bizim ölkəmizdə qadınları həqiqi hərbi xidmətə cəlb edilməsi nə qədər realdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib ki, son zamanlar bəzi dövlətlərdə, o cümlədən Danimarka və Yaponiyada qadınların məcburi hərbi xidmətə cəlb olunması ilə bağlı qərarlar gündəmə gəlib:

“Bu, bir cəhətdən həmin xalqların mentalitetindən, həm də zərurətdən yaranan bir prosesdir. Məlum olduğu kimi, istər Yaponiya, istərsə də Danimarkada demoqrafik vəziyyət qeyri-stabildir və həmin dövlətlər təhlükəsizlik məsələlərində boşluqlar olmasın deyə bu kimi qərarlar qəbul edirlər.

Lakin Azərbaycan üçün bu məsələ aktuallıq daşımır. Çünki Vətənimizin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər peşəkar, fədakar və qəhrəman oğullarımız var və bizim demoqrafik artım göstəricilərimiz müsbət tendensiya ilə inkişaf edir. Müzəffər Ordumuzun gücü və xalqımızın milli ruhu ölkəmizin müdafiəsini yüksək səviyyədə təmin edir”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan qadını icəmiyyətimizin mənəvi dayağı, ailənin qoruyucusu, elm, təhsil və səhiyyə kimi mühüm sahələrin aparıcı qüvvəsidir:
 

“Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində qadınlarımız ictimai-siyasi həyatın bütün sahələrində mühüm mövqeyə malikdirlər. Qadınlarımız  maarifləndirmə, vətənpərvərlik tərbiyəsi və mənəvi dəyərlərin qorunması sahəsində mühüm missiyanı yerinə yetirirlər.


Bu gün Azərbaycan müstəqil, güclü və qalib dövlətdir. Belə bir şəraitdə qadınların məcburi hərbi xidmətə cəlb olunmasına ehtiyac yoxdur. Bizim gücümüz təkcə silahda deyil, həm də mənəviyyatda, ailədə, təhsildə və cəmiyyətdə təzahür edir. Qızlarımız vətənpərvərlik ruhunda böyüyür, yolunu elmə, inkişaf və yaradıcılığa yönəldir. Analarımız isə sabahın qəhrəmanlarını, Vətəninə sadiq övladlarını yetişdirirlər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

"Bavariya" 35-ci dəfə Almaniya çempionu oldu - VİDEO

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

SON DƏQİQƏ: İran ABŞ ilə danışıqlardan imtina etdi

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Günay arıqlamağı ilə diqqət çəkdi - FOTO

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Bolqarıstanda “exit-poll”un nəticələri açıqlandı

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Zelenski: “Kiyevdə polis orqanlarında kadr islahatları aparılacaq”

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO

"Ərzurumspor" 5 ildən sonra Superliqada

"Ərzurumspor" 5 ildən sonra Superliqada

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

ABŞ-da atışma: 8 uşaq HƏLAK OLDU

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

İDDİA: Çelik Bakıda konsertində tamaşaçılara hörmətsizlik etdi - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

«Kəpəz” “İmişli”yə məğlub oldu - VİDEO

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salındı

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Gəncədə qəzada xəsarət alanların SON DURUMU

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Ukraynalı uşaqlar Azərbaycana GƏLDİ

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

Tramp sosial şəbəkədə bir saat ərzində 32 paylaşım edib

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi”

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

"Liverpul" derbidə üstün tərəf oldu - VİDEO

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Tramp: Bu və ya digər şəkildə sülh razılaşması olacaq

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Ukrayna hərbçiləri ilk dəfə dronla "Şahed"i vurdu

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Rəngsizləşən DÜNYA - Niyə hamı soyuq tonlara üz tutur?

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Biləsuvarda gənc oğlanın meyiti tapıldı - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

Vensin Bakıda imzaladığı Xartiya müzakirə olundu - FOTO

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

SEPAH: "İran atəşkəs dövründə raket arsenalını artırıb"

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

"Turan" 4 setin sonunda çempion oldu - FOTO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

End of content

No more pages to load

RADİO