Kəlbəcərdə gözlənilməz mənzərə – Min illərin “nəfəs”i kameralarımızda – VİDEO

Kəlbəcərin əsrarəngiz təbiətində – İstisu Taxtası adlanan ərazidə maraqlı və gözlənilməz mənzərə yaşanıb. Sanki zaman geri qayıdaraq, tarixin bir səhifəsi canlanıb.  

Bizim.Media-nın əməkdaşı bu bölgədə səfərdə olarkən, dağların qoynunda böyük dəvə sürüsünə rast gəlib. İllərlə filmlərdə, dastanlarda gördüyümüz dəvələr bu dəfə Azərbaycanın sərt, lakin sehirlə dolu dağlarında, sükut içində addımlayırdı...
 

MÖVZU İLƏ BAĞLI:

Bu ölkələrdən Azərbaycana dəvə gətirilməsinə MƏHDUDİYYƏT QOYULDU


Əslində bu mənzərə təsadüf, nə də nostalji hisslərin oyatdığı bir anlıq duyğudur. Bu, minilliklərdən süzülüb gələn bir ənənənin – dəvəçiliyin – canlı izidir.

Azərbaycan torpaqları qədim zamanlardan ticarət yollarının – xüsusilə də İpək Yolunun üzərində yerləşib. Karvanlar, yollar, bazarlar və bu yolların əvəzolunmaz yol yoldaşı olan dəvələr... Onlar təkcə yük daşımayıblar, eyni zamanda xalqın yaddaşına, dastanlara, nağıllara, laylalara çevriliblər. Dəvə Azərbaycan türklərinin folkloruna tək bir heyvan kimi deyil, səbir, davamlılıq və yolçuluğun rəmzi kimi daxil olub.

Maraqlı arxeoloji tapıntılar da bu ənənənin qədimliyini sübut edir. Göyçə gölü ətrafında – Oğuznamələrdə tez-tez adı çəkilən bölgədə – bir hörgüclü dəvəyə aid alt çənə sümüyü tapılıb. Alimlər bu tapıntının təqribən üç min il əvvələ aid olduğunu bildirirlər. Yəni, bu torpaqlarda dəvəçilik təkcə keçmişin deyil, tarixin özüdür.

Bir hörgüclü dəvənin vətəni kimi Şimali Afrika və Ərəbistan göstərilsə də, bu tapıntı sübut edir ki, Qafqazın dağlıq torpaqları da bu heyvanların qədim yaşam coğrafiyasına daxildir.

Bu gün – 21-ci əsrin texnologiya əsrində Kəlbəcər dağlarında dəvə sürüsünün görünməsi sadəcə təsadüf yox, tarixin səsi, mədəniyyətin nəfəsidir. Bəlkə də bu heyvanların addımları təkcə dağ yollarını yox, həm də xalq yaddaşında kövrək bir yeri xatırladır: bir vaxtlar dəvələrin zəngi səslənən karvan yollarını, tozlu çölləri, sazlı-sözlü çadırları...


Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Şakira oğlanları ilə üzə çıxdı - FOTO

Şakira oğlanları ilə üzə çıxdı - FOTO

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir

İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəldi - FOTO

İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəldi - FOTO

Britaniyaya getmək istəyən miqrantlara PİS XƏBƏR

Britaniyaya getmək istəyən miqrantlara PİS XƏBƏR

FAKTİKİ HAVA: Murova qar yağıb

FAKTİKİ HAVA: Murova qar yağıb

Məşhur müğənninin arvadının 50 minlik ayaqqabısı gündəm oldu - FOTO

Məşhur müğənninin arvadının 50 minlik ayaqqabısı gündəm oldu - FOTO

Zelenski: “Bizə kömək edən hər kəsə təşəkkür edirəm” - VİDEO

Zelenski: “Bizə kömək edən hər kəsə təşəkkür edirəm” - VİDEO

Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO

Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO

Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

İdmançılarımız bu gün İslamiadada 2 növdə mübarizə apacaq

İdmançılarımız bu gün İslamiadada 2 növdə mübarizə apacaq

4 bürc üçün XƏBƏRDARLIQ

4 bürc üçün XƏBƏRDARLIQ

Avstraliyada yarış avtomobili tamaşaçılara çırpıldı: 9 yaralı var - ANBAAN VİDEO

Avstraliyada yarış avtomobili tamaşaçılara çırpıldı: 9 yaralı var - ANBAAN VİDEO

Gədəbəydə AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Gədəbəydə AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

İkinci ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu şansdan yararlana bilərlər

İkinci ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu şansdan yararlana bilərlər

Goranboyda maşın rabitə dirəyinə çırpıldı - Sürücü xəstəxanalıq oldu

Goranboyda maşın rabitə dirəyinə çırpıldı - Sürücü xəstəxanalıq oldu

Ağstafada “tok” 38 yaşlı kişini ÖLDÜRDÜ

Ağstafada “tok” 38 yaşlı kişini ÖLDÜRDÜ

Hakan Fidan: “Türkiyə Qəzzaya qoşun yeritməyə hazırdır” - VİDEO

Hakan Fidan: “Türkiyə Qəzzaya qoşun yeritməyə hazırdır” - VİDEO

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Məktəblərdə payız tətili başladı

Məktəblərdə payız tətili başladı

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

End of content

No more pages to load

RADİO