Üzərinə milçək qonan yeməyi yemək olarmı? - AÇIQLAMA

Yay aylarında milçəklər mətbəxdə, eyvanda və açıq havada keçirilən yemək süfrələrində tez-tez qonaq olurlar. Tez-tez yeməyin üzərinə qonurlar və bu, insanlarda ikrah doğurur. Amma bir çox insan yenə də belə yeməkləri yeyir.

Bizim.Media Lent.az-a istinadla xəbər verir ki, alimlər isə xəbərdarlıq edirlər: yeməklə milçəyin qısa təması belə sağlamlıq üçün təhlükə yarada bilər.
 

Kentukki Universitetinin şəhər entomologiyası kafedrasının dosenti Zakari DeVrisin izahına görə, milçəklər və tarakanlar ən çox patogen (xəstəlik törədən) daşıyan həşəratlardandır.


Onlar tez-tez nəcis, zibil və çürümüş tullantılarla təmasda olurlar və oradan bakteriya, virus və parazitləri “götürə” bilirlər. Bu mikroorqanizmlər milçəyin bədənində – xüsusilə də ayaqlarında və qarın hissəsində qalır və yeməyə toxunduqda ora keçir.

Yalnız toxunmaqla qalmırlar – qusur və ifraz edirlər

Milçəklər təkcə yeməyin üzərində gəzmirlər – bəzən yeməyin üzərinə həzm fermentlərini qusurlar, hətta nəcis ifraz edirlər. Bu isə yoluxma riskini daha da artırır. Belə qidalanma mexanizmi əlavə təhlükə yaradır, xüsusilə də milçək uzun müddət yeməyin üzərində qalıbsa.

Risk nədən asılıdır?

Yoluxma riski bir neçə faktordan asılıdır:

Milçək yeməyə qonmazdan əvvəl harada olub?

Yeməyin üzərində nə qədər qalıb?

Yemək nə qədər müddət açıq havada qalıb?

Hərarət hansı səviyyədə olub?

Mikroorqanizmlərin çoxalması üçün nə qədər çox vaxt varsa, qida zəhərlənməsi riski də bir o qədər artır.

Sağlam insan üçün təhlükə azdır, amma...

Əgər milçək yeməyə yalnız bir neçə saniyəlik qondusa, sağlam insan üçün bu adətən təhlükəli sayılmır. Ancaq milçək yeməyin üzərində uzun müddət qalıbsa və xüsusilə də yemək isti temperaturda saxlanılıbsa, o yeməyi yemək məsləhət görülmür. Bu, xüsusilə immun sistemi zəif olan insanlar üçün vacibdir.

Alimlərdən tövsiyələr

Yemək hazırlayarkən və açıq havada yeyərkən qidaları örtülü saxlayın

Süfrədə qalıq yeməkləri açıq qoymayın

Zibili vaxtında atın və tullantı qablarını təmiz saxlayın

Pəncərələrdə qoruyucu torlardan istifadə edin

Mətbəx və ətraf mühitin gigiyenasına diqqət yetirin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Şakira oğlanları ilə üzə çıxdı - FOTO

Şakira oğlanları ilə üzə çıxdı - FOTO

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir

İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəldi - FOTO

İlham Əliyev Daşkənddəki Konqres Mərkəzinə gəldi - FOTO

Britaniyaya getmək istəyən miqrantlara PİS XƏBƏR

Britaniyaya getmək istəyən miqrantlara PİS XƏBƏR

FAKTİKİ HAVA: Murova qar yağıb

FAKTİKİ HAVA: Murova qar yağıb

Məşhur müğənninin arvadının 50 minlik ayaqqabısı gündəm oldu - FOTO

Məşhur müğənninin arvadının 50 minlik ayaqqabısı gündəm oldu - FOTO

Zelenski: “Bizə kömək edən hər kəsə təşəkkür edirəm” - VİDEO

Zelenski: “Bizə kömək edən hər kəsə təşəkkür edirəm” - VİDEO

Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO

Roma Papası Vatikanda Hollivud aktyorlarını qəbul etdi - FOTO

Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu

İdmançılarımız bu gün İslamiadada 2 növdə mübarizə apacaq

İdmançılarımız bu gün İslamiadada 2 növdə mübarizə apacaq

4 bürc üçün XƏBƏRDARLIQ

4 bürc üçün XƏBƏRDARLIQ

Avstraliyada yarış avtomobili tamaşaçılara çırpıldı: 9 yaralı var - ANBAAN VİDEO

Avstraliyada yarış avtomobili tamaşaçılara çırpıldı: 9 yaralı var - ANBAAN VİDEO

Gədəbəydə AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

Gədəbəydə AİLƏ FACİƏSİ: Ata oğlunu qətlə yetirdi

İkinci ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu şansdan yararlana bilərlər

İkinci ali təhsil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu şansdan yararlana bilərlər

Goranboyda maşın rabitə dirəyinə çırpıldı - Sürücü xəstəxanalıq oldu

Goranboyda maşın rabitə dirəyinə çırpıldı - Sürücü xəstəxanalıq oldu

Ağstafada “tok” 38 yaşlı kişini ÖLDÜRDÜ

Ağstafada “tok” 38 yaşlı kişini ÖLDÜRDÜ

Hakan Fidan: “Türkiyə Qəzzaya qoşun yeritməyə hazırdır” - VİDEO

Hakan Fidan: “Türkiyə Qəzzaya qoşun yeritməyə hazırdır” - VİDEO

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukrayna xalqına qarşı ruslaşdırma siyasəti II Nikolayın dövründə GÜCLƏNİB? - DETALLAR

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Ukraynada müharibə tezliklə başa çatacaq - Orbandan AÇIQLAMA

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Azərbaycanlı aktrisa çimərlik geyimində - FOTO

Məktəblərdə payız tətili başladı

Məktəblərdə payız tətili başladı

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

Futbol millimiz Bakıda Fransanı sınağa ÇƏKƏCƏK

End of content

No more pages to load

RADİO