Rusiyada miqrantlarla bağlı GÖZLƏNİLMƏZ QANUN – Soydaşlarımızı nə GÖZLƏYİR?

Rusiya Prezidenti Vladimir Putin miqrantlara münasibətdə tətbiq olunan test imtahanları ilə bağlı yeni bir qanun imzalayıb. Rusiya hökumətinin kvotası ilə ölkəyə gələn əmək miqrantları artıq rus dili, Rusiya tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməyəcəklər.

Bildirilir ki, bu qanun 2024-cü ildə 155 929 nəfərlik kvota ilə ölkəyə gələn əmək miqrantlarına şamil edilir. Hökumət sənədlərində qeyd olunur ki, dəyişiklik bürakratiyanın sadələşdirilməsi və işçi qüvvəsinin tez cəlb edilməsi məqsədi daşıyır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya özünü dünyadan TƏCRİD edir – Ən ağır zərbə yenə miqrantlara dəyəcək


İddialara görə, bu dəyişiklik Hindistan və Şimali Koreyadan gələn miqrantların yolunu açmaq üçün edilir.

Görəsən, bu halda Rusiyadakı soydaşlarımızı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirir ki, belə bir qanunun azərbaycanlı miqrantların vəziyyətinə hər hansı bir təsiri olmayacaq:

“Azərbaycanlı miqrantların mütləq əksəriyyəti miqrant statusu almaq üçün yenə də əvvəlki tək rus dili, tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməli olacaqlar:

“Rusiya dövlət başçısının imzaladığı yeni qanuna görə, hökumət kvotası əsasında ölkəyə gətirilən əmək miqrantları rus dili, tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməkdən azad olunurlar. Konkret olaraq, həmin qanunla bağlı bir arayış da yer alıb. Burada göstərilir ki, həmin kvota daha çox Çin, Hindistan, Şimali Koreya, Pakistan və Türkiyədən olan əmək miqrantlarına münasibətdə şamil olunur.

Bu o deməkdir ki, rus dili, tarix və qanunvericilikdən imtihan verilməsi məsələsi digər əmək miqrantlarına, deməli soydaşlarımıza münasibətdə isə qüvvədə qalır. Şəxs hökumət kvotasından kənar Rusiyada əmək fəaliyyətilə məşğul olmaq üçün aydiyyatı üzrə müraciət edir və viza əsasında ölkə ərazisində olursa, onlar rus dili, tarixi və qanunvericilik biliklərini təsdiq edəcək imtahandan keçməlidir”.

Deputat qeyd edir ki, hökumət kvotası əsasən iri sənaye müəssisələrində çalışacaq əmək miqrantlarına şamil olunur:

“Amma bununla yanaşı yeni qanunda bir nüans da yer alır. Əvvəllər 30 gün ərzində, viza əsasında ölkədə olub, əmək fəaliyyətilə məşğul olmaq istəyən miqrant rus dili biliyini təsdiq edən sənədi aidiyyəti üzrə təqdim etməli idi. İndi bu müddət 90 günə qədər artırılıb. Bu isə müəyəyn mənada yüngülləşdirmə kimi dəyərləndirilə bilər. Bir haşiyəni də çıxaq ki, hökumət kvotası xüsusən qapalı və həmin ərazilərə təhkim olunmuş şəraitdə çalışan əməkçi miqrantlara aiddir”.

Ekspert deyir ki, həmin kvota xidmət sahəsində, nəqliyyat sahəsində çalışanlara şamil edilmir:

“Yəni xidmət sahələrində rus dili imtahanından keçmək mütləqdir. Sonda onu deyək ki, sözügedən kvota məsələsi orada əmək fəaliyyətilə məşğul olan azərbaycanlılara şamil olunmayacaq. Bu isə onların mütləq əksəriyyətinin sözügedən imtahanlardan keçməsinin mütləq olduğunu deməyə əsas verir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

End of content

No more pages to load

RADİO