Gözəllik istədilər, xəstəlik tapdılar – “Rəfiqə resepti”nin bəlasına düşənlər

Sosial şəbəkələrdə paylaşılan “arıqlama reseptləri” və ya “tez arıqlama üsulları” qızlar üçün çox ciddi təhlükələr yaradır. Həkim və ya dietoloq məsləhəti olmadan paylaşılan, daha çox həmyaşıd qızların “mən etdim, gözəl nəticə verdi” tövsiyəsinin fəsadları artıq həyəcan təbili çalmağa ehtiyac yaradıb. Gənc qızlar, xüsusən hələ orqanizmi inkişaf mərhələsində olan yeniyetmələr nəticəni tez görmək üçün bunlara kor-koranə əməl edirlər.

Həkim-terapevt Gülyanə Musayeva Bizim.Media-ya bildirib ki, bu yaşda orqanizm hələ formalaşmaqdadır.

Sərt pəhrizlər, dərmanlar və ya “detoks” adlanan içkilər vitamin-mineral çatışmazlığına, hormonal pozuntulara səbəb ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq istəyənlər üçün HƏYƏCAN TƏBİLİ – Bu pəhriz ÖLDÜRÜR!


“Bu yaşda yeniyetmələr bədən quruluşundan daim narazı olur, mükəmməlliyə can atırlar. Hansısa rəfiqədən, tanıdıqlarından harda nə gördü qatıb-qarışdırıb qəbul edirlər. Nəticədə anoreksiya kimi ciddi yemək pozuntularına gətirib çıxarır. Bundan başqa, kalsium və protein çatışmazlığı nəticəsində sümük və əzələ zəifləməsi, hormonal sistemin, menstrual dövrün pozulması və müxtəlif qarışımların, çayların daxilə qəbulu zamanı mədə-bağırsaq pozuqluğu yaranır”.

Həkim xəbərdarlıq edir ki, bu yanaşmada valideyn və müəllimlərin, digər ailə böyüklərinin üzərinə böyük öhdəlik düşür. Uşaqlara nəzarət olunmalıdır ki, sosial şəbəkələrdə dietoloq və həkim olmayan şəxslərin məsləhətlərinə inanmasınlar:

Bu əlamətlər varsa, təcili həkim müdaxiləsi lazımdır
 

“Xüsusən qız övladınızın ət yeməklərindən uzaqlaşması, yumurta və kərə yağından iyrənməsi, ümumiyyətlə yeməkdən uzaq durması, menstruasiyasının dayanması və ya zəifləməsi, getdikcə daha çox çəki itirməsi, göz parıltısının itməsi və gözün çuxura düşməsi kimi əlamətlər görsəniz, biganə yanaşmayın. Laqeyd yanaşma övladınızın orqanizmini tamamilə çökdürə bilər və geri dönüşü olmaz”.


Mütəxəssis həmçinin diqqətə çatdırır ki, bu problemi təkcə həkim və müalicə yolu ilə həll etmək olmaz, belə hallarda peşəkar psixoloq dəstəyinə də ehtiyac var.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Boş ərazini zəbt edib "parkinq" etdilər - VİDEO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanın və Malayziyanın qanunvericilik orqanlarının əməkdaşlıq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü - FOTO

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Ağır yüklər tromboza yol açır - XƏBƏRDARLIQ

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Yunan-Roma güləşçimiz dünya çempionatının FİNALINDA

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Könül anasını efirdə görüb AĞLADI - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

Bu məktəbdə şagirdlər dərsi ayaqüstə öyrənirlər - Oturmağa yer yoxdur - VİDEO

“Milan” millinin üzvünü TRANSFER EDİR

“Milan” millinin üzvünü TRANSFER EDİR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Rövşən Rüstəmovdan kütləvi İXTİSAR: Çox sayda insan işdən KƏNARLAŞDIRILIB

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Suriyada ABŞ-a hücumlar planlaşdıran terror təşkilatının yüksək vəzifəli üzvü ÖLDÜRÜLDÜ

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Qənimət Zahid Baş Prokurorluğa ÇAĞIRILDI

Zidan Əlcəzair millisini SEÇDİ

Zidan Əlcəzair millisini SEÇDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

Kosmosda konsert verməkdən İMTİNA ETDİ

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

İstanbul boğazında DƏHŞƏT: Yük gəmisi sərnişin bərəsi ilə toqquşdu, yaralılar var - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

“Zirə”dən əzmkar qələbə - VİDEO

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

Sabah meteohəssas insanlar üçün pis gün olacaq - PROQNOZ

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

"Mesajını görməmişdim" bəhanəsi tarixə qovuşur - "WhatsApp"da yeni funksiya

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Eldəniz Əzizli dünya çempionatının bürünc medalını QAZANDI

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Tramp BU TARİXDƏ Ərdoğanla görüşəcək

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

Ucarda eyni ərazidə 2 QƏZA - Xəsarət alanlar var - VİDEO

“Şəki”də türkiyəli basketbolçu

“Şəki”də türkiyəli basketbolçu

End of content

No more pages to load

RADİO