Bu sənədləri olanlar evinə çıxarış ala biləcək – Açıqlama

Daşınmaz əmlakla bağlı hüquqi sənədləşmədə mühüm dəyişiklik edilib. 2025-ci il iyulun 16-da Prezidentin imzaladığı fərmana əsasən, əvvəlki illərdə əldə edilmiş torpaq və tikililərə dair müəyyən sənədlər də artıq rəsmi çıxarış almaq hüququ verir. Bu dəyişiklik çoxsaylı vətəndaşların mülkiyyət hüququnun tanınmasına şərait yaradacaq. 

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı uzun illərdir problem yaşayan vətəndaşlar üçün mühüm hüquqi əsas yaranacaq.

Bizim.Media “e-hüquq.az”a istinadən xəbər verir ki, Məsələ ilə bağlı hüquqi tərəfləri izah edən vəkil Tural Abdullazadə fərmanın əhatə dairəsini və hansı sənədlərlə çıxarış almağın mümkün olacağını ətraflı şəkildə şərh edib.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına 16 iyul 2025-ci ildə Prezidentin fərmanı ilə dəyişiklik olunub. Həmin dəyişikliyə əsasən müəyyən qərarlar olan torpaq sahələrinə də çıxarış veriləcək”, – deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, həmin dəyişikliyə əsasən, aşağıdakı qərarlar olan torpaq sahələrinə də çıxarış veriləcək:

1. Yaşayış evinin, mənzilin şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları

2. Şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr

3. 2021-ci il yanvarın 1-nə qədər inşa edilmiş yaşayış evlərinə və ya onların yerləşdiyi torpaq sahələrinə eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablardan çıxarış və həmin çıxarışlar əsasında verilmiş arayışlar
 

4. Yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırılma orqanları tərəfindən 2001-ci il yanvarın 1-nə qədər tərtib olunmuş texniki passportlar (müvafiq tikililərin yerləşdiyi həyatyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)


5. Yaşayış və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kalxoz üzvlərinin ümumi yığıncağının və müvəkkillərinin yığıncağının qərarı yaxud həyatyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış

6. Sovxoz və dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq sahələrindən çıxarış

7. Yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-nə qədər qəbul edilmiş qərarlar

“Qeyd etdiyim sənədləri olan vətəndaşlar da rahatlıqla öz torpaqlarına çıxarış ala biləcəklər”, – T.Abdullazadə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

End of content

No more pages to load

RADİO