TƏKLİF: İbtidai təhsil beş il olsun

"Məktəblərdə orta və tam orta təhsil konsepti yenidən qurulmalıdır. Məktəb modeli dəyişməlidir. İbtidai məktəb dörd il deyil, beş il olmalıdır. Orta məktəbin 11 il olması doğru deyil".
 

ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmmədin Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında səsləndirdiyi bu fikirlər geniş rezonans doğurub və diskussiyalara yol açıb. Q.Məmməd təklifini belə əsaslandırıb:


"Uşaqların çantalarını doldururuq, məktəbə göndəririk və 700 bal yığmasını gözləyirik. Onların sevincini, həyatını əllərindən alırıq. Əslində həmin yükün altında onları əzirik. Savad və bilik lazımdır, ancaq əvvəlcə şəxsiyyət yetişdirməliyik.
 

Əvvəlcə uşaqda oxumağa, kitaba həvəs, müəllimə hörmət yaratmalıyıq. İbtidai təhsilin məğzi bundan ibarət olmalıdır. Müasir dünyada belədir. Keyfiyyətli təhsil artıq imtiyazdır. Təhsili maliyyə cəhətdən əlçatan etməliyik".


Q.Məmmədin fikirləri sadəcə tədris müddətinin dəyişdirilməsi deyil, bütövlükdə təhsil sisteminin strukturu, mahiyyəti və yanaşması üzərində düşünmək zərurətini gündəmə gətirib.

Təhsil işçiləri də Azərbaycanda məktəb modelinin dəyişməsinə ehtiyac olduğunu bildirirlər.

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Əgər bu mərhələ beş ilə uzadılarsa...

"İbtidai təhsilin beş il olması təklifi uşağın inkişafına daha uyğun, tələsdirilməyən, mərhələli və şəxsiyyətyönümlü bir tədris modeli qurmaq imkanı verir", - deyə məsələyə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Günay Əkbərovanın sözlərinə görə, altı yaşlı uşaq üçün məktəb həyatına adaptasiya, yazı, oxu, məntiq, sosial münasibətlər kimi bacarıqları qazanmaq prosesi dərin, sistemli və dözümlü yanaşma tələb edir:
 

"Dörd illik müddət bu ehtiyacları tam şəkildə qarşılamaq üçün kifayət etmir və nəticədə həm müəllimlər, həm valideynlər, həm də uşaqlar üçün təzyiq və stres mənbəyinə çevrilə bilir.


Əgər bu mərhələ beş ilə uzadılarsa, uşaqlara daha sakit və balanslı öyrənmə şəraiti yaradılar, fərdi potensialın inkişafına daha geniş imkan açar".

İnsana yönəlmiş model
 

İŞ üzvünün sözlərinə görə, bu təklif eyni zamanda beynəlxalq təcrübəyə də uyğundur. Belə ki, Finlandiya, Yaponiya, Almaniya və s. inkişaf etmiş ölkələrdə ibtidai təhsil mərhələsi daha uzunmüddətli və uşaq mərkəzli şəkildə təşkil olunub:


"Bu ölkələrdə məqsəd sadəcə yüksək akademik nəticə əldə etmək deyil, uşağın şəxsiyyət kimi formalaşmasına, məktəbi sevərək mənimsəməsinə və sosial bacarıqlar qazanmasına şərait yaratmaqdır".
 

G.Əkbərova hesab edir ki, nəticə olaraq, məktəb modelinin dəyişdirilməsi sadəcə illərin və mərhələlərin texniki bölünməsi deyil, təhsil anlayışımızın köklü şəkildə yenilənməsi deməkdir:


"Biz təhsili uşağın inkişafına uyğunlaşdırmalıyıq, əks halda uşağı təhsilə uyğunlaşdırmaq üçün onu itirə bilərik. Məktəb uşağın özünü kəşf etdiyi, şəxsiyyət kimi formalaşdığı, həyat bacarıqları qazandığı yer olmalıdır.

Bu isə yalnız düşünülmüş, mərhələli, sistemli və insana yönəlmiş məktəb modeli ilə mümkündür.
 

İbtidai təhsilin beş il olması və məktəb pillələrinin müstəqil strukturlara ayrılması bu istiqamətdə atılacaq çox vacib və strateji addım ola bilər. Gələcəyin təhsili bu günün cəsarətli qərarları ilə qurulur".


Müvafiq dəstək mexanizmlərinə ehtiyac

G.Əkbərovanın sözlərinə görə, məktəb modelinin dəyişməsi ilə bağlı daha bir vacib təklif də gündəmdədir:
 

"Təhsilin mərhələlər - ibtidai, orta və yuxarı siniflər üzrə, ayrı-ayrı məktəblərdə təşkili. Bu ideya həm pedaqoji, həm psixoloji, həm də idarəetmə baxımından ciddi məntiqə söykənir. Altı yaşlı uşaqla 16 yaşlı yeniyetmənin eyni məktəbdə, eyni mühitdə təhsil alması heç bir halda uyğun deyil.


Fərqli yaş dövrlərində olan uşaqların öyrənmə ehtiyacları, sosial davranışları və psixoloji sabitlikləri fərqli olduğu üçün bu mərhələlərin ayrı-ayrı strukturlarda təşkili daha məqsədəuyğundur".
 

G.Əkbərovanın fikrincə, müəllim heyəti də bu fərqli mərhələlər üzrə ixtisaslaşmalı, eyni pedaqoji yanaşma ilə hər üç mərhələni idarə etməyə çalışmaqdan uzaqlaşmalıdır. Əkbərova bildirib ki, valideyn-məktəb münasibətləri də bu modeldə daha sağlam şəkil alar:


"Bu mərhələli yanaşma valideynləri də uşaqların yaş dövrlərinə uyğun şəkildə təhsil prosesinə cəlb etməyə imkan yaradar".

G.Əkbərovanın fikrincə, bütün bu yanaşmalar yalnız o zaman uğurla həyata keçə bilər ki, paralel olaraq təhsil sistemində müvafiq dəstək mexanizmləri də qurulsun:
 

"Müəllimlərin fasiləsiz təlimi, yeni kurikulumların hazırlanması, resurs bazasının gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması vacibdir. Əks halda dəyişikliklər formal xarakter daşıyacaq və real nəticə verməyəcək".


Beynəlxalq təhsil sistemi ilə ayaqlaşmaq

ADPU-nun baş müəllimi, Pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova da təklifi doğru hesab edir. Onun sözlərinə görə, dünyanın əksər aparıcı ölkələrində təhsil 12 illikdir.
 

X.Həmidova bildirir ki, bəzi ölkələrdə ibtidai sinif beş il yox, hətta altı ildir: üç il birinci, üç il ikinci hissə şəklində bölünüb. X.Həmidova təklifin sadəcə beş yaşlıların hesabına həyata keçirilməsinə razı deyil:


"Çünki uşaqların beş yaşından məktəbə getməsi o qədər də doğru deyil. Buradan başlayacağıqsa, böyük bir səhv etmiş olacağıq.
 

Həqiqətən də məktəbəhazırlıq qruplarını məktəbin birinci sinfi kimi qəbul etsək, o zaman məktəbəqədər hazırlıq qruplarında yalnız məktəbəqədər təhsil mütəxəssisləri işləməlidirlər.


Ondan sonra uşaqlar ibtidai sinifdə dərsə başlamalı, sonra digər mərhələlərə keçid olmalıdır".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

End of content

No more pages to load

RADİO