Sənədsiz evlər problemi həll olunur - Yeni fərman nə qədər insanı əhatə edəcək?

Sənədsiz evlərin qeydiyyatı və hüquqi statusunun müəyyənləşdirilməsi uzun illərdir aktual problemlərdən biri olaraq qalır. Bir çox ailələr əmlakları üzərində tam hüquqa malik deyillər. Bu isə satış, qeydiyyat, miras və digər hüquqi məsələlərdə ciddi çətinliklər yaradır.

Tez-tez müzakirəyə çıxarılan bu məsələ ilə bağlı ötən həftə açıqlanan məlumatlar sənədsiz ev problemi ilə üz-üzə qalan bir çox vətəndaşı həyəcanlandırıb.

 

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova deyib ki, Azərbaycanda əmlak hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı imzalanan yeni fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq:



"Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır".

Bizim.Media bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Amnistiya hansı evlərə şamil olunacaq?

Mətbuatda tez-tez təkcə paytaxt ərazisində 500 mindən çox sənədsiz evin olduğu yazılır.
 

Mütəxəssislər, dövlət rəsmiləri bu statistikanı təsdiqləyirlər. Maraqlıdır, əgər bu statistika düzgündürsə, amnistiya hansı evlərə şamil ediləcək?


Nigar Alimova bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri hüquqi qeydiyyata alınacaq. Həmçinin texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir.
 

Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texniki pasport sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər.


"Bu, amnistiya deyil"

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu, amnistiya deyil:
 

"Əgər bu, sənədsiz tikililərin bütövlükdə sənədləşdirilməsi problemini həll etsəydi, o zaman amnistiya adlandırmaq olardı.Əslində bu, cənab Prezidentin 2015-ci ildə imzaladığı 439 saylı Fərmanın icrası istiqamətində qəbul edilmiş əlavə və dəyişikliklərdən biridir.


Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qəbul olunana qədər - yəni 2004-cü ildən əvvəl qüvvədə olan sənədlərin hüquqi qüvvəsi tanınır.
 

Həmin dövrdə fəaliyyət göstərən inventar bürolar (2001-ci ildə bağlanmışdı) və keçmiş icraiyyə komitələri, xalq deputatları sovetləri kimi qurumlar tərəfindən verilmiş torpaqayırma sənədləri, qərarlar artıq ilkin hüquq müəyyənedici sənəd kimi tanınacaq".


"Qeyd olunan 500 min rəqəmi də real deyil"

Əmlak eksperti "100 min evə sənəd veriləcək" fikri ilə də razı deyil: "Dəqiq statistika yoxdur.
 

Bu gün səsləndirilən rəqəmlər sadəcə təxminlərdir.Hətta bəzən qeyd olunan 500 min rəqəmi də real deyil. 2008-2009-cu illərdə deyilmişdi ki, ölkədə 400 minə qədər sənədsiz tikili var.


O vaxtdan bəri vəziyyət dəyişib. Təkcə Bakı və Abşeron ərazisində hər il 20-30 min arası yeni qeyri-qanuni tikili meydana çıxır".

"Vətəndaşın gözləntisi başqadır"

Həmsöhbətimiz sonda vurğulayıb ki, əgər hər hansı qərar nəticəsində ölkədə təkcə 100 min deyil, hətta 10 nəfər vətəndaşın əmlakının qeydiyyatı təmin olunursa, bu, təqdirəlayiq haldır:
 

"Lakin cəmiyyət uzun müddətdir ki, genişmiqyaslı əmlak amnistiyasını gözləyir. Aidiyyəti qurum ötən il bu məsələ ilə bağlı açıqlama vermişdi və vətəndaşlar da həmin istiqamətdə konkret addımlar atılmasını ümidlə gözləyirlər".


Hansı torpaqlara çıxarış verilməyəcək?
 

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, 2004-cü ilə qədər verilmiş torpaq sahələri var ki, onları verən müəssisələr artıq fəaliyyət göstərmirlər.

Belə torpaqlara sadələşdirilmiş qeydiyyat prosesi tətbiq olunacaq və tələb olunan sənədlər toplusu azaldılacaq:
 

"Vaxtilə kolxoz və sovxozlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahələri fərdi yaşayış üçün ayrılıb və üzərində böyük yaşayış massivləri formalaşıb. Bu kənd təsərrüfatı təyinatlı torpaqların da təyinatı dəyişdiriləcək.


Burada kənd və rayonlarda yerləşən torpaq sahələri də nəzərdə tutulur. Gələcəkdə isə digər torpaq sahələrinin də bu prosesə daxil ediləcəyi gözlənilir".

Bəzi torpaqlara isə heç bir halda çıxarış verilməyəcək: "Söhbət qadağan olunmuş ərazilərdə tikilən evlərdən gedir.

Məsələn, üzərindən yüksəkgərginlikli elektrik naqilləri, kommunikasiya xətləri keçən, neft zonalarına düşən ərazilərə çıxarış verilmir".


"Qanunsuz tikililərin sökülmə prosesi intensivləşəcək"

Artıq qadağan olunan ərazilərdə tikilən evlərin söküntüsü də başlayıb. Həmsöhbətimiz bildirir ki, bu sökülmə prosesi bir az da intensivləşəcək:
 

"Bakı şəhərinin 2023-cü ilin dekabrında təsdiqlənmiş Baş planı var və 2040-cı ilə qədər şəhər həmin plana uyğun inkişaf edəcək. 2030-cu ilə qədər söküntülərin hamısı tam şəkildə başa çatmalıdır".


Vətəndaşlar hara müraciət etməlidirlər?
 

Vətəndaşın sənəd almaq üçün hara müraciət etməsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, ilk növbədə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8-ci maddəsinə edilən son dəyişiklikləri əhatə edən sənədlərin siyahısı ilə tanış olmaq lazımdır.


Əgər bu siyahıda qeyd olunan sənədlərdən biri və ya bir neçəsi vətəndaşın əlində varsa, yaşadığı ərazi üzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

ABŞ-da atışma: 2 ölü, 3 yaralı var - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Trampla müttəfiqi arasındakı münaqişə getdikcə daha da alovlanır - FOTO

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Zelenski: “Ukrayna Azərbaycandan təbii qaz almaq üçün fəal iş aparır”

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Dubayda dünyanın ən hündür hoteli qonaqları qəbul etməyə başladı

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Rusiya Ukraynanın Zaporojye vilayətinə zərbə endirdi - Ölən və yaralanan var

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

Orqanizm üçün ən "zərərsiz" spirtli içki

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

"Qız atası"nın izləyicilərinə pis XƏBƏR

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

Emoməli Rəhmon İlham Əliyevi təbrik etdi

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

“Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi tamamlanmaq üzrədir” - İlham Əliyev

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

İlham Əliyev Qarabağın bərpasında Mərkəzi Asiya ölkələrinin göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndirdi

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

Azərbaycan Prezidenti: “Şavkat Miromonoviç ölkəmizdə hörmətlə qarşılanır”

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının iclasında çıxış etdi

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Mərkəzi Asiya və Azərbaycan” adlı yeni formata Türkmənistan sədrlik edəcək

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

“Azərbaycanın Məşvərət görüşləri formatımıza qoşulması təşəbbüsünü dəstəkləyirik” - Sadır Japarov

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Oğuzda DƏHŞƏT: 15 yaşlı oğlan anasını öldürdü

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Bakıda Qlobal Gənclər Sammiti keçirilir - FOTO

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Musiqi dinləmək demensiyanın inkişafını azaldır

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? – Elmar Məmmədyarovdan AÇIQLAMA

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Wikipedia-nın banisi Cimmi Ueyls 48 saniyəyə müsahibəni “bitirdi” - VİDEO

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Tokayev: “Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvünə çevrilir” - VİDEO

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Mirziyoyev: "Azərbaycanın üzvlüyü ilə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü quracağıq"

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

Azərbaycana Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu veriləcək

End of content

No more pages to load

RADİO