Erməni əsilli məşhur aktyor Armen Ciqarxanyan vəfat edib.
Bizim.Media RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiyanın tanınmış incəsənət xadimi dünyasını dəyişib.
Ciqarxanyan müayinə üçün xəstəxanaya yerləşdirilmişdi lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Armen Ciqarxanyan 3 oktyabr 1935-ci ildə İrəvanda anadan olub. Ermənistan SSR-in iki dəfə dövlət mükafatı laureatı olub. O, Moskva Dram Teatrının qurucularından biri və bədii rəhbəri idi.
O, 250-dən filmdə rol alıb.
Bizim.Media