“Virtual dərs”lərə qatıla bilməyən şagirdlər əvvəlki nəticələrinə əsasən qiymətləndiriləcək.
Təhsil Nazirliyi “Virtual dərs”lərə qatıla bilməyən şagirdlərin yarımillik qiymətləndirilməsinin necə aparılacağına aydınlıq gətirdi.
Bildirildi ki, qiymətləndirmə birinci yarımilin sonunda olacaq. Bu zaman sadə qiymətləndirmə üsulundan istifadə ediləcək.
Sadə qiymətləndirmə dedikdə nə nəzərdə tutulur?
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bizim.Media-ya açıqlamasında bildirib ki, sadə qiymətləndirmə üsulu şagirdin keçmişdə göstərdiyi nəticələrə əsaslanır.
Belə ki, virtual dərslərə qatıla bilməyən şagirdlər ötən il aldıqları qiymətlərlə qiymətləndiriləcək.
Jurnalistika prinsiplərinə uyğun olaraq, xəbəri veririk və susuruq!
Təranə Mirzəyeva, Bizim.Media