AZƏRTAC: “TASS-ın bu sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu”

TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb.

Bizim.Media Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın bununla bağlı bəyanatını təqdim edir:

“İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yayıb (//tass.ru/obschestvo/24675415).
 

Elə sərlövhədən də göründüyü kimi, AZƏRTAC-ın uzun onilliklər ərzində daim qoruduğu və yüksək qiymətləndirdiyi mehriban münasibətlər, tərəfdaşlıq və hətta dostluq əlaqələri saxladığı agentliyin rəhbərliyi qəflətən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasına atılmış “Stepanakert” toponimini oradan çıxarıb.



Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi (məsələn, 19 iyul - //tass.ru/mezhdunarodnaya-panorama/24558165, 24 iyul - //tass.ru/politika/24602463 və s.).
 

TASS divarları arasında Azərbaycan xalqına yad və köhnə olan adın dirçəldilməsi cəhdi təəccüb doğurur və haqlı sual yaradır: görəsən, son bir həftə ərzində nə dəyişdi ki, Rusiya dövlət informasiya agentliyi keçmiş sovet dövrünə aid bir toponimi “diriltmək” qərarına gəldi?


Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, “Xanın kəndi” deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at sürüsü saxlanılırdı.

1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi ,“Bakı kommunasının rəhbəri”, əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırıldı.
 

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü – 2024-cü il fevralın 7-də o, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni “erməni separatçılarının tabutuna vurulmuş son mıx” adlandırdı.


TASS agentliyinin bugünkü xəbərinin sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu. Rusiya dövlət media orqanının rəhbərliyinin əvvəlki kursdan geri çəkilməsi agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini sarsıdır və bütün Rusiya media məkanına təhlükəli siqnal göndərir.
 

Yalnız xoş niyyət və iki agentlik arasında uzunmüddətli əlaqələrin qorunması istəyindən çıxış edən AZƏRTAC TASS-dakı həmkarlarını gələcəkdə bu cür addımları təkrarlamamaq və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə, münasibətləri yaxşılaşdırmağa yönəlməyə çağırır.


Öz növbəsində AZƏRTAC bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə xoş münasibətləri qorumaqda qərarlıdır, eyni zamanda, rusiyalı həmkarlarından buraxılmış səhvin düzəldilməsini gözləyir.

Əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər adların tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - CANLI

Azərbaycan-Fransa matçı başladı - CANLI

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

Portuqaliya Ermənistanı 9:1 hesabı ilə darmadağın etdi

Portuqaliya Ermənistanı 9:1 hesabı ilə darmadağın etdi

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeronda maşın piyadanı vurub öldürdü

Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Maya Donq: "Bakıda səhnəyə çıxmaq mənim üçün şərəfdir"

Azərbaycan və Fransa yığmalarının start heyətləri

Azərbaycan və Fransa yığmalarının start heyətləri

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

Sadə əyləncə hesab etdiyimiz digital oyunlar bu qədər GƏLİR GƏTİRİRMİŞ

Dünyanın ən yaxşı 10 avtomobili - SİYAHI

Dünyanın ən yaxşı 10 avtomobili - SİYAHI

3 yaşlı uşaq quyuya düşərək öldü

3 yaşlı uşaq quyuya düşərək öldü

Sumqayıtda avtomobil dərəyə aşdı - VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı - VİDEO

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

Bu şəhər Avropanın ən yaxşı Milad bazarlarından biri seçildi

Ağcabədidə zəncirvari qəza: Ölən və yaralanan var - FOTO

Ağcabədidə zəncirvari qəza: Ölən və yaralanan var - FOTO

Göygöldə “Nissan” markalı minik avtomobili yandı

Göygöldə “Nissan” markalı minik avtomobili yandı

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Lənkəranda yanan hər iki şəxs Cəlilabad rayon sakinidir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

Simonyanın ETİRAFI: Azərbaycanın bu əraziləri bizim nəzarətimizdədir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

Aygün Kazımovanın illər əvvəlki VİDEOSU

İlham Əliyev Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

İlham Əliyev Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

End of content

No more pages to load

RADİO