Geyim və əxlaq arasındakı CİZGİ - Özünüifadə, yoxsa cəmiyyətin hökmü?

İlk insanların soyuqdan, istidən qorunmaq üçün istifadə etdikləri geyim illər keçdikcə mahiyyətini dəyişib. İnsan cəmiyyətində müxtəlif mədəniyyətlər formalaşdıqca geyimin də formaları dəyişib.

İnsanlar klassik konsertə, çimərliyə, istirahətə, işə fərqli, özünəməxsus geyimdə gedirlər. Səhnə adamlarına məxsus geyim növü də var ki, bu da müğənninin, aktyorun səhnədə hər kəsdən fərqli, cazibədar görünməsinə xidmət edir.

Hətta illər keçdikcə geyim brendləri yaradılıb, moda gecələri təşkil edilib. Müasir dünyada artıq zövqlü geyinmək bir peşəyə çevrilib.

Geyimin bahalı olması insanın sosial təminatından xəbər verdiyi kimi, səliqəli, dəbə və aksesuarlarla uyğunluğu da insanın zövqündən, dünya görüşündən xəbər verir.

Bununla yanaşı, bəzi cəmiyyətlərdə geyimi əxlaqla əlaqələndirirlər. Cəmiyyətin özünün yaratdığı əxlaq normalarına geyimin də müxtəlif növünü aid edirlər. Geyimin mədəniyyət, özünüifadə, yoxsa əxlaq göstəricisi olması uzun zamandır müzakirə olunur.

Son günlər, xüsusilə, sosial şəbəkələrin Azərbaycan seqmentində bu geniş müzakirə predmetinə çevrilib.

Bəs geyim doğrudan da əxlaq göstəricisidir, yoxsa müxtəlif mədəniyyətlərin simvolu?

Mövzu barədə Bizim.Media-ya danışan Milli Məclisin deputatı Günay Ağamalı deyib ki, geyim həm də milli mədəniyyətin göstəricisidir:

“Son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olan geyim məsələsi, əslində, daha dərin və çoxşaxəli sosial yanaşma tələb edən bir mövzudur. Geyim nə təkcə əxlaq meyarı, nə də sırf zövq göstəricisidir. Onu bu iki çərçivəyə salmaq həm insan fərdiyyətinə, həm də cəmiyyətin mürəkkəb sosial strukturuna birtərəfli yanaşmaq deməkdir.
 

Geyim, ilk növbədə, milli mədəniyyətin göstəricisi, insanın sosial kimliyini, şəxsiyyətini və özünüifadə tərzini əks etdirən mədəni və psixoloji bir vasitədir. Bəzi mühafizəkar xalqlar gününmüzədək milli geyimləri qoruyub-saxlamış və hələ də istifadə etməkdədirlər. Misal üçün türk xalqları, Avropanın bəzi ölkələri,  ərəb ölkələri, Slavyan xalqlarında cəmiyyətin müəyyən hissəsi özlərinə məxsus geyimləri geyinməkdədirlər. Bununla yanaşı fərqli geyimlərdən də istifadə olunur.


Tarix boyu müxtəlif dövrlərdə və cəmiyyətlərdə geyim həm status göstəricisi, həm ictimai mesaj, həm də ideoloji simvol olub. Bu gün də dəyişən dünyada fərqlilikləri anlayışla qarşılayan, eyni zamanda öz milli-mənəvi dəyərlərinə söykənən bir cəmiyyət kimi biz bu məsələyə stereotiplərlə deyil, düşünülmüş, sağlam yanaşma sərgiləməliyik”.

Deputat bildirib ki, geyim üzərindən insanları etiketləmək, onları əxlaqlı və ya əxlaqsız kimi damğalamaq nə hüquqa, nə də insan haqlarına uyğundur:

“Eləcə də zövq anlayışı şəxsi seçim və fərdi inkişafın bir hissəsidir, bu səbəbdən geyim vahid ölçü vasitəsinə çevrilə bilməz. Əsas olan budur ki,  cəmiyyət həm də bu kimi məsələlərdə qarşılıqlı hörmət və anlaşma üzərində qurulmalıdır. Geyim şablon deyil, fərdin özünüifadəsidir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda ilk qadın kooperativi yaradılır – FOTO

Naxçıvanda ilk qadın kooperativi yaradılır – FOTO

Kral və Trampın xanımları Ukrayna bayrağının rənglərində paltar geyindi – FOTO

Kral və Trampın xanımları Ukrayna bayrağının rənglərində paltar geyindi – FOTO

Gerasimov “irəliləyirik” deyir, Zelenski isə tam əksini

Gerasimov “irəliləyirik” deyir, Zelenski isə tam əksini

Doğma kinomuzun YAD ÜZÜ – Moldovalı Volontir “Tütək səsi” filminə necə ÇƏKİLDİ? - VİDEO

Doğma kinomuzun YAD ÜZÜ – Moldovalı Volontir “Tütək səsi” filminə necə ÇƏKİLDİ? - VİDEO

Kamçatkada güclü ZƏLZƏLƏ

Kamçatkada güclü ZƏLZƏLƏ

Dəbdəbəli həyat üçün doğulan BÜRCLƏR

Dəbdəbəli həyat üçün doğulan BÜRCLƏR

İcra olunmayan 340 min məhkəmə qərarı: "Həmin borclar silinməldir"

İcra olunmayan 340 min məhkəmə qərarı: "Həmin borclar silinməldir"

Türkiyənin məşhur serialından Azərbaycana hörmətsizlik

Türkiyənin məşhur serialından Azərbaycana hörmətsizlik

Bakıda aeroportda yeni taksi qaydaları: ƏRAZİLƏR və QİYMƏTLƏR açıqlandı

Bakıda aeroportda yeni taksi qaydaları: ƏRAZİLƏR və QİYMƏTLƏR açıqlandı

GÜNÜN HAVASI: Şimşək çaxacaq, leysan yağacaq

GÜNÜN HAVASI: Şimşək çaxacaq, leysan yağacaq

Çempionlar Liqası: Bu gün ilk turun son görüşləri keçiriləcək

Çempionlar Liqası: Bu gün ilk turun son görüşləri keçiriləcək

60 ildir yolun ortasında qalan türbə: Qaldırmaq istəyən texniki vasitələr sınır

60 ildir yolun ortasında qalan türbə: Qaldırmaq istəyən texniki vasitələr sınır

Həmin mesajları açmayın! - Əhaliyə çağırış - FOTO

Həmin mesajları açmayın! - Əhaliyə çağırış - FOTO

İkinci əl avtomobillər kəskin bahalaşacaq - BU TARİXDƏN

İkinci əl avtomobillər kəskin bahalaşacaq - BU TARİXDƏN

Nar yemək üçün 7 səbəb

Nar yemək üçün 7 səbəb

Alim Qasımov boşanır? - “Arvaddır, boşayıram, yenə alacağam”

Alim Qasımov boşanır? - “Arvaddır, boşayıram, yenə alacağam”

Ucarda ər arvadını döydü - Ondan xəbərsiz anası evinə gedib

Ucarda ər arvadını döydü - Ondan xəbərsiz anası evinə gedib

ABŞ-da atışma: 3 polis öldürüldü, 2-si yaralandı

ABŞ-da atışma: 3 polis öldürüldü, 2-si yaralandı

Çempionlar Liqasında növbəti oyunlar keçirildi – NƏTİCƏLƏR - VİDEO

Çempionlar Liqasında növbəti oyunlar keçirildi – NƏTİCƏLƏR - VİDEO

Gəncədə 3 maşın toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

Gəncədə 3 maşın toqquşdu - 4 nəfər xəstəxanalıq oldu

BİZİM TƏQVİM: 18 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 18 sentyabrda baş vermiş tarixi hadisələr

“Mançester Siti" mənim yeganə seçimim idi”

“Mançester Siti" mənim yeganə seçimim idi”

Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI

Bakıda gənc qadın zibilə görə qonşusunun qolunu QIRDI

Azərbaycanda həkim-narkoloqların və klinik (tibbi) psixoloqların SAYI ARTIRILACAQ

Azərbaycanda həkim-narkoloqların və klinik (tibbi) psixoloqların SAYI ARTIRILACAQ

End of content

No more pages to load

RADİO