Maliyyə Nazirliyinə məxsus "Maliyyə və uçot jurnalı redaksiyası" MMC ləğv olunduğunu elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yayıb.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Maliyyə və uçot jurnalı redaksiyası" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manat olub.
Bizim.Media