42 milyon yeyintidə təqsirləndirilən "Şlyapa Zahid"ə HÖKM OXUNDU - VİDEO

Müdafiə Nazirliyinin mülki əməkdaşı olmuş Zahid Niftəliyevin (Şlyapa Zahid) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi son iclasda hökm elan edilərək sonuncu cinayət işinə görə Zahid Niftəliyəv 9 il müddətinə həbs cəzası verilib. Əvvəlki cəzasının çəkilməmış hissəsi birləşdirilməklə o, qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, Zahid Niftəliyev rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.


İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib.

Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilib.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi açılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Bu şəxslər xurma yeməməlidir

Bu şəxslər xurma yeməməlidir

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Rihannanı belə görməmisiniz - FOTO

Rihannanı belə görməmisiniz - FOTO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

Cey Di Vensin korteji qəzaya düşdü

Cey Di Vensin korteji qəzaya düşdü

Azərbaycan millisi Fransaya uduzdu

Azərbaycan millisi Fransaya uduzdu

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Nizami rayonunda su borusu partladı - VİDEO

Nizami rayonunda su borusu partladı - VİDEO

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

End of content

No more pages to load

RADİO