Turizm Agentliyində NÖQSANLAR – 18 milyonluq pozuntu AŞKARLANDI

Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb.

Bizim.Media bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, bu, Palatanın apardığını audit zamanı üzə çıxıb.

Audit nəticəsində aşağıdakı əsas nöqsanlar aşkarlanıb:
 

Auditin əhatə etdiyi 2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icrası zamanı bir sıra hallarda Agentliyin tabeliyindəki qurumların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri vəsaitlərin ayrılması fonunda funksiyaların digər qurumlara ötürülməsi hallarına rast gəlinib.


Azərbaycan Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də Agentliyin funksional fəaliyyəti və vəzifələri üzrə mütəxəssis (kadr) hazırlığı nəzərdə tutulmadığı halda, Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC KREMS Tətbiqi Elmlər Universiteti arasında İMC Transmilli proqramın tərtibi və həyata keçirilməsinə dair bağlanılmış müqavilələrə əsasən 2021-2023-cü illərdə ümumilikdə 899,5 min manat büdcə vəsaiti ödənilib.
 

Audit dövründə əhəmiyyətli sayda əməliyyatları əhatə edən 330 min manat məbləğində vəsaitlər vahid büdcə təsnifatının tələblərinə əməl edilməyərək funksional və iqtisadi təsnifatın paraqrafları üzrə xərclənməyib.


Qoruqları İdarəetmə Mərkəzinin müvafiq 4 qoruğunun ərazilərində toplanmış zibil, xəzəl, məişət tullantılarının yığılması, daşınması, ərazilərin süpürülməsi, ağacların əkilməsi, budanması və sair işlərin həyata keçirilməsi ilə bağlı satınalma müqavilələri bağlanılaraq həmin qurumların vəsaitləri hesabına aparılmalı olduğu halda Agentlik auditlə əhatə olunan dövr ərzində 835,5 min manat məbləğində vəsait ödəyib.

Agentlik “Azərbaycan Turizm Bürosu” və “Qoruqların İdarəetmə Mərkəzi”nə 2023-2024-cü illər üzrə vəsaitlərin köçürülməsi ilə bağlı müvafiq müraciətlər edilməsi və həmin müraciətlərə müvafiq razılıq və ya cavab alınmaması fonunda ümumilikdə auditlə əhatə olunan dövr ərzində 18,5 milyon manat məbləğində büdcə vəsaiti ilin sonunda tabelikdəki qurumlara köçürülməklə ilin sonuna bütün xəzinə hesablarının qalıqlarının vahid xəzinə hesabına köçürülməsi ilə bağlı tələbdən yayınıb.

“Büdcə sistemi haqqında” qanunun tələbini pozan Agentlik vəsaitlərin akkreditiv hesablarda saxlanılmasına yol verib, bəzi hallarda vəsaiti büdcəyə qaytarmayıb.
 

Akkreditiv hesablarda saxlanılmış vəsaitin 3 milyon 89,7 min manatı 2022-ci ildə, 8 milyon 789,2 min manatı 2023-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmış (icra edilmiş), ilin sonuna qalan 965,4 min manat vəsaitdən 921,8 min manatı isə 2024-cü il ərzində yerinə yetirilmiş iş və xidmətlərə görə bağlanılmaqla cəmi 43,5 min manatı büdcəyə qaytarılıb.


Auditin əhatə etdiyi illərdə Agentliyin mühasibatlığında sabit mühasibat uçotu proqramı mövcud olmamış, dövr ərzində işçilərin əməkhaqqının hesablanması, debitor və kreditorların, anbarın, əsas vəsaitlərin və material ehtiyatların uçotunun aparılması, memorial orderlərin işlənilməsi və dövriyyə cədvəlinin hazırlanması müvafiq cədvəl proqramının köməyi ilə həyata keçirilmişdir.

Bu, öz növbəsində, maliyyə hesabatlarında təhriflərin də formalaşmasına şərait yaradıb.

Auditin əhatə etdiyi illərdə yerinə yetirilmiş təmir və bərpa işləri üzrə seçmə qaydada toplanmış audit sübutları ilə smetada nəzərdə tutulmayan işlərin dəyərinin ödənildiyi, bəzi işlərin dəyərinin və həcmlərinin artırılması hesabına podratçıya əlavə vəsaitin ödənildiyi, eləcə də bir sıra nöqsanlar səbəbindən dövlət vəsaitinin artıq istifadəsinə yol verildiyi müəyyən olunub.
 

Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı bəzi hallarda qüvvədə olan norma və tələblərə əməl olunmamış, bu və müqavilədə nəzərdə tutulmuş şərtlərin icra edilməməsi artıq dövlət vəsaitinin icrasına səbəb olub.


Müqavilə öhdəliklərinin icra vəziyyətinə nəzarət olunmaması, eyni zamanda, xarici ölkələrdə təbliğat xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı keçirilmiş satınalmaların, son nəticədə isə bu istiqamətdə fəaliyyətin nəticəliliyinə təsir göstərib və vəsaitlərin vaxtında icra edilməsi imkanlarını məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

End of content

No more pages to load

RADİO