İpoteka ilə ev almaq istəyənlərə ŞAD XƏBƏR

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 153 000 manata çatdırılıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub

Qeyd edək ki, indiyədək fond tərəfindən 54 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 560 000 manatdan çoxdur.
 

MÖVZU İLƏ BAĞLI

Ev almaq istəyənlərin DİQQƏTİNƏ!


Nizamnamə kapitalının artırılması hansı imkanlar açır?

Sualı cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, hər il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna vəsait ayrılır:

“Bu da onunla bağlıdır ki, vətəndaşlar Fondunun dəstəyi ilə uzun müddətə mənzil götürməyə çox maraqlıdırlar.

Eyni zamanda ipotekanı vətəndaşlar əsasən uzun müddətə götürürlər.

Bəzən bu müddət 25 ilə qədər uzanır. Bu müddətdə Fondun dövriyyə vəsaitinin azalmaması üçün dövlət ənənəvi olaraq öz maliyyə dəstəyini göstərir. Bu il də Fondun nizamnamə kapitalı 85 milyon artırılıb”.


Yeni vəsait yeni imkanlar deməkdir.

Müsahibimiz hesab edir ki, Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olacaq:

“Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.
 

Nizamnamə kapitalının artırılması həm də İpoteka və Kredit Zəmanət Fondunun dayanıqlılığına təminat yaradacaq. Hesab edin ki, yaxın 5 ildə Fondun hesabına vətəndaşlar tərəfindən böyük miqdarda vəsait qaytarılacaq.


Bu da yeni ipoteka həvəskarlarına imkanlar açacaq ki, daha çox vətəndaş nisbətən ucuz mənzilə sahib olsunlar.

Hələliksə bu missiyanı dövlət üzərinə götürüb. Hər il İpoteka və Kredit Zəmanət Fonduna vəsait ayırır ki, ipoteka arzusunda olan daha çox vətəndaş mövcud imkanlardan yararlansın”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Pokrovsk ələ keçirilsə, Zelenskini təhlükə gözləyir

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Toyda müğənni ona verilən pulu GÖTÜRMƏDİ: Elə hərəkət etdi ki... - VİDEO

Bu şəxslər xurma yeməməlidir

Bu şəxslər xurma yeməməlidir

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Telefonun bu gizli parametri batareyanın ömrünü 3 dəfə uzadırmış

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

ABŞ Venesuela istiqamətinə ən böyük hərbi gəmisini GÖNDƏRDİ

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı

Rihannanı belə görməmisiniz - FOTO

Rihannanı belə görməmisiniz - FOTO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

İngiltərədən qələbə, Ukrayna pley-offda - VİDEO

Cey Di Vensin korteji qəzaya düşdü

Cey Di Vensin korteji qəzaya düşdü

Azərbaycan millisi Fransaya uduzdu

Azərbaycan millisi Fransaya uduzdu

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Moskvadan şok açıqlama: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Nizami rayonunda su borusu partladı - VİDEO

Nizami rayonunda su borusu partladı - VİDEO

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Şahruddin Məhəmmədəliyev Fransa millisi ilə oyunda zədələndi

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

Orban: "Macarıstanın təhlükəsizliyi Berlin, Moskva və Ankaradan asılıdır"

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

“Lukoil”də ancaq nağd ödəniş alınır - Onlayn ödənişə qadağa qoyuldu

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Tovuzda qidadan zəhərlənənlər evə buraxıldı

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

Ağcabədi qəzasında xəsarət alan şəxsin SON DURUMU

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

İlham Əliyev Özbəkistan səfərindən paylaşım etdi - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Azərbaycan-Fransa matçı başladı - VİDEO

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

Samuxda ağır qəza: 15 yaşlı piyada xəstəxanalıq oldu

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

İstanbulda oteldə 3 turist öldü - Bütün qonaqlar təxliyə edildi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

“Simpsonlar”ın ssenaristi vəfat etdi

End of content

No more pages to load

RADİO