Xaçmazın Çinartala kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, Faiq Fazil oğlu Əhmədov idarə etdiyi motoblokla piyada Qəmər Abusətdar qızı Əhmədovanı vurub.
Hadisə nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media