18 yaşlı qız ailəsindən qaçdı, görüşdüyü oğlanı ürəyindən bıçaqladı

Bakıda ailəsindən qaçan 18 yaşlı qız kirayədə yaşadığı oğlanı öldürməyə cəhd edib.

Bizim.Media xəbər verir ki, 2006-cı il təvəllüdlü Səbinə Eyvazova (soyad şərtidir) Qazax rayonundan Bakının Əhmədli qəsəbəsinə, valideynlərinin yanına gedib. Bir müddətdən sonra valideynləri onun spirtli içki qəbul etdiyini öyrənir və evdə mübahisə yaranır.

Səbinə valideynləri ilə dalaşıb evdən çıxır. O, Bakıdakı mağazalardan birində satıcı işləməyə başlayır və burada Tural adlı şəxslə tanış olur. Səbinə bir neçə gün müxtəlif yerlərdə gecələsə də, sonradan kirayə ev tutmaq istəyir və buna görə Turaldan kömək istəyir. Tural onu Fərid adlı tanışı ilə görüşdürür və onun tək yaşadığını bildirir. Danışıq əsasında Fərid Səbinənin onunla qalmasına razılıq verir. Təxminən 20 gün Fəridlə bir otaqda gecələyən Səbinə onunla bir neçə dəfə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə də olur.

20 gün sonra Fərid və Səbinə evə içkili gəlir və yatırlar. Səbinə sərxoş olduğundan, yatarkən əynində olan bütün paltarlarını çıxarıb yatağa girir və yatır. Fərid də öz növbəsində yatağa uzanıb yatır.

Səhər yuxudan oyanan Səbinə əynində paltarlarının olmadığını görüb, bunu Fəridin soyundurduğunu zənn edir. O, evdə stolun üzərində olan bıçağı götürüb Fəridə ürək nahiyəsindən iki zərbə endirir. Ağrıya yuxudan oyanan Fərid bıçaqlandığını görüb dəhlizə qaçır və qonşuları köməyə çağırır. Səbinə isə paltarını geyinib hadisə yerindən qaçır.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səbinə Eyvazova saxlanılaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə Eyvazova 11 il 3 ay azadlıqdan məhrum edilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda turizm niyə geriləyir? — Ekspert açıqladı

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq - AÇIQLAMA

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

Gəncləri hədəf alan insult halları NİYƏ ARTIB?

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

İran Hörmüz boğazını yenidən BAĞLAYACAQ

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Hesab ödəməkdən boyun qaçıran BÜRCLƏR

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi - FOTO

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Güləşçilərimizdən daha bir uğur: medalların sayı 5 oldu

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Sizi xoşbəxt edəcək dostlar KİMLƏRDİR?

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp Ərdoğanı “böyük lider” ADLANDIRDI

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Tramp “F-35” qırıcıları ilə bağlı: “Qərar verməmişəm”

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Bakının mərkəzində bina yanır - FOTO/VİDEO

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Zelenski Trampla görüşünü “yaxşı” adlandırdı

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

Məktəbli formaları bahalaşa bilər? - VİDEO

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

İyulun 9-da Bakının bu ərazilərində işıq kəsiləcək

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Əraqçi Trampın İran xalqı ilə bağlı kobud sözlərinə CAVAB VERDİ

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Samuxda ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Samuxda ağır yol qəzası: ölənlər var - FOTO

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

End of content

No more pages to load

RADİO